Ceyhun Bayramov ilə
İliya Darçiaşvili
arasında telefon
danışığı olub
Avqustun 6-da xarici işlər naziri Ceyhun Bayramov ilə gürcüstanlı həmkarı İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə edilən hücumu qınayıb və Azərbaycan ilə həmrəylik ifadə edib.
Nazir Ceyhun
Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür
edib. O, törədilən təxribatın
hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun
qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş
Krallığın aidiyyəti qurumları tərəfindən
müvafiq işin
aparıldığını qeyd edib.
Azərbaycan.- 2022.- 7 avqust.- S.2.