Cənubi Qafqaza yenilik gətirən
layihə
Dövlətimiz
vətəndaşlarını daha rahat və təhlükəsiz həyatla təmin
edir
İki ilə yaxındır ki, Azərbaycanın həyatında yeni bir dövr başlayıb. İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Görülən işlərin miqyasına diqqət yetirdikdə Azərbaycanın iqtisadi imkanlarının aydın mənzərəsini göz önündə canlandırmaq mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz bərqərar edildi və bu gün belə nəhəng layihələr həyata keçirilərək azad edilmiş torpaqların çiçəklənən bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər görülür. Artıq doğma Qarabağda infrastruktur formalaşır. Mərhələ-mərhələ bütün hədəflərə nail olunur.
Böyük
qayıdışın ilk ünvanı
İşğaldan azad olunmuş ərazilər "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulur. Ölkəmizin müstəqil iqtisadiyyatının gücü hesabına Böyük qayıdış prosesinə start verilib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına köçürülməsi baş tutub. Ötən il aprelin 19-da isə Azərbaycan Prezidenti "ağıllı şəhər" (smart sity) və "ağıllı kənd" (smart village) konsepsiyasının hazırlanması haqqında" sərəncam imzalayıb. Qeyd edək ki, Azərbaycanın artıq "ağıllı kənd" layihəsi ilə bağlı təcrübəsi mövcuddur. Belə ki, hələ 2018-ci ilin noyabrında Qax rayonuna səfəri zamanı Prezident İlham Əliyevə ilk dəfə olaraq ölkədə yaradılması planlaşdırılan "ağıllı kənd" layihəsi təqdim edilib.
Dövlət başçısı öz çıxışlarında dəfələrlə bildirib ki, azad olunmuş ərazilər "yaşıl enerji" zonasına çevriləcək. İşğaldan azad olunmuş ərazilərin dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması, xüsusən də bu ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması həmin bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyindən xəbər verir.
Ağalı kəndində
"ağıllı" texnologiyalar tətbiq
olunur
İlk "ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçdi. İşğaldan azad olunmuş ərazilərə ilk məskunlaşma Ağalı "ağıllı kəndi"ndə baş tutdu. Regionda bu cür layihələr Azərbaycana dost ölkələr olan Türkiyə, İsrail, İtaliya və digər dövlətlərin şirkətlərinin iştirakı ilə sürətlə və yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi işlər bu konsepsiyanın tərkib hissələridir. Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşüb. Beynəlxalq təcrübədə "smart village" dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür. Ağalı kəndində 200 fərdi yaşayış evi, 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə olunacaq. Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışını təmin etməkdir. İnsanların "ASAN" və ya DOST xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə DOST mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq. Bundan başqa, kənd ərazisində yeni intensiv bağlar salınır. Yaşayış məntəqəsində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev kənd sakinləri ilə görüşündə dediyi kimi, "bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək". "Ağıllı kənd" texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. Bu cür layihələr dünyanın müxtəlif ölkələrində reallaşdırılır və məqsədi kənd sakinlərinin həyatını yüngülləşdirmək və yaşayış səviyyəsini yüksəltməkdir.
Rəqəmsal dünyanın şəhəri
"Ağıllı şəhər" təhlükəsiz
şəhərdir. Bu, birbaşa
onunla bağlıdır ki,
burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Bu, texnoloji olaraq
cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan
yaradır və şəhəri təhlükəsiz şəhərə
çevirir. Ətraf mühitin
qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarından
"ağıllı şəhər"lərdə istifadə
olunur. Həmçinin "ağıllı
şəhər" nəqliyyatın inkişaf
etməsinə də imkan verir.
Bu tip şəhərlər
ağıllı cihazlardan əldə edilən
məlumatlarla təmin olunur. Bu ağıllı
cihazlar telefonlar, ya da avtomobillərdə
olan sensorlar belə ola
bilər. Bu cihazlar
kifayət qədər
məlumat təmin etdikdə isə, məsul şəxslər
şəhərin ehtiyaclarını
müəyyən edə
və lazımlı infrastruktur işlərini başlada bilərlər.
Bu layihələrin həyata
keçirilməsi birinci
növbədə ölkəmizin
iqtisadi gücünün
və potensialının
nümayişidir. Bu layihə
hər şeydən öncə həmin ərazilərdə müasir
rəqəmsal texnologiyaların
və innovasiyaların
tətbiq olunması əsasında sosial-iqtisadi
xidmət sferalarının
qurulmasıdır. Ona görə
bu qədər böyük tutuma malik olan layihənin
həyata keçirilməsi
dövlətdən böyük
iqtisadi-maliyyə resursları
tələb edir ki, Azərbaycan da buna qadirdir.
Hər bir layihənin məqsədi orada yaşayan insanların iqtisadi gəlirlərinin artmasına daha səmərəli şərait
yaratmaqdır. "Ağıllı kənd"
layihəsi, əslində,
bu istiqamətdə geniş imkanlar açır. Məsələn, bu gün ölkəmizdə
kənd təsərrüfatı
sistemində ən böyük problemlərdən
biri istehsal olunan məhsulların satış bazarının
təşkili ilə bağlıdır. Bu layihələrin reallaşması
sözügedən problemlərin
aradan qaldırılmasına
da yardımçı
olacaq.
"Ağıllı şəhər", "ağıllı
kənd" layihələrinin
həyata keçirilməsi
dövrün tələbi
və inkişafın
göstəricisidir. İnsanın
müasirləşən və
yeniləşən həyat
tərzini özündə
əks etdirən bu tipli layihələr
bilavasitə beş
nəcib məqsədə
- normal, mənalı yaşayışa,
müasir, elmi əsaslarla idarə olunan istehsala, nümunəvi sosial xidmətlərə, ağıllı,
düşünülmüş kənd təsərrüfatına,
alternativ enerji mənbələrindən istifadəyə
əsaslanır. Həmin mütərəqqi
layihələrin hazırlanması
və həyata keçirilməsi bilavasitə
Azərbaycan vətəndaşlarının
maddi rifah halının yaxşılaşdırılmasına,
onların xoşbəxt
həyatına hesablanmışdır
və ölkənin inkişafına, tanınmasına
xidmət edir.
Elşən YƏHYAYEV
Azərbaycan.-
2022.- 9 avqust.- S.1; 2.