56 ölkə,
4200 atlet
Bu gün
Türkiyədə V İslam Həmrəyliyi
Oyunlarının rəsmi açılış mərasimi
keçiriləcək
Bu gün Türkiyədə V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək. Birliyin və idmanın təntənəsi olan yarışların açılışı Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək və 3 saat davam edəcək.
Yarışda 56 ölkədən 4200 idmançı medallar uğrunda mübarizə aparacaq. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
Olimpiyaçılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq.
Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunları
2021-ci ilin sentyabrında
keçirilməli idi.
Lakin koronavirus pandemiyası
ilə əlaqədar
oyunların 2022-ci ilə
təxirə salınması
məqsədəuyğun hesab
olunmuşdu.
IV İslam Həmrəyliyi Oyunlarına
yüksəksəviyyəli evsahibliyi edən ölkə
Avqustun 18-dək keçiriləcək
V İslam Həmrəyliyi
Oyunlarında ölkəmizi
təmsil edəcək
nümayəndə heyəti
artıq Türkiyənin
Konya şəhərindədir.
Azərbaycan ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanının
Məkkə, Mədinə
və Ciddə şəhərində İslam
Həmrəyliyi Oyunlarına
qatılıb. I İslam Həmrəyliyi Oyunlarında
idmançılarımız 4 qızıl, 4 gümüş
və 7 bürünc
medal qazanıblar. II İslam Həmrəyliyi Oyunları 2009-cu ildə İranda keçirilməli
idi. Amma Tehranla ərəb
ölkələri arasında
yaranmış mübahisə
ucbatından İslamiada
baş tutmayıb.
2013-cü ildə isə
İndoneziyanın Palembanq
şəhərində III İslam
Həmrəyliyi Oyunlarında
Azərbaycan 53 idmançı
ilə 8 idman növündə təmsil
olunub. Azərbaycan idmançıları vətənə 24 medalla
(7 qızıl, 8 gümüş
və 9 bürünc)
qayıdıblar. Qızıl
medalları
karateçilər Rəfael
Ağayev, Ayxan Mamayev, yüngül atletlər Hayle İbrahimov, Yekaterina Sarıyeva, üzgüçü
Boris Kirilov, həmçinin
Rəfael Ağayev, Ayxan Mamayev, Niyazi Əliyev və Şahin Atamovdan ibarət Azərbaycan karate yığması
qazanıblar. Azərbaycan medal sıralanmasında 41 ölkə
arasında 8-ci yeri tutub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan siyasət ölkəmizin hər bir regionunda müasir idman komplekslərinin, stadionların
tikilərək uşaqların,
yeniyetmələrin, gənclərin
ixtiyarına verilməsi
böyük idmançı
ordusunun formalaşmasını
və idmanın inkişafını təmin
edib. Eyni zamanda bir-birini
əvəzləyən idman
yarışları Bakının
ən mötəbər
turnirlərə, dünya
və Avropa çempionatlarına evsahibliyi
etmək imkanlarını
təsdiqləyib.
İslam Həmrəyliyi İdman
Federasiyası məhz
bu amilləri nəzərə alaraq, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda
keçirilməsinə qərar
verib və həmin İslamiada Azərbaycanın və İslam ölkələrinin
idman tarixində mühüm və əlamətdar hadisəyə
çevrilib.
2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam
Həmrəyliyi Oyunlarında
Azərbaycan 162 medal (75 qızıl,
50 gümüş və
37 bürünc) qazanaraq
yarışların qalibi
olub. Ölkəmizin hesabına qızıl medalları Kamran Məmmədov, Elvin Mürsəliyev,
İslam Abbasov, Orxan Nuriyev, Mahir Əmiraslanov, Hacı Əliyev, Nurməhəmməd Hacıyev,
Camaləddin Məhəmmədov,
Mariya Stadnik, Leyla Qurbanova, Elisa Manolova və Tatyana Omelçenko (güləş),
Orxan Səfərov, Nicat Şıxəlizadə,
Hidayət Heydərov,
Məmmədəli Mehdiyev,
Elxan Məmmədov və Erdenebat Bazarraqça, habelə Azərbaycan yığması
(cüdo), Nurlan İbrahimov, Elmir Cəbrayılov, Elçin
Muradov, Oloxan Musayev, Samir Nəbiyev (2) və Yelena Çebanu (2) (paraatletika),
Ayxan Tağızadə,
Milad Beigi, Ramin Əzizov, Radik İsayev, Patimat Abakarova və Yaprağ Əriş (taekvondo), Rəfael Ağayev, Ayxan Mamayev, Roman Heydərov, Fəridə Abıyeva və İrina Zaretska (karate), Elçin Talıbov, Ramil Qasımov, Afaq Sultanova və Ramilə Kaşdayeva (paracüdo), Cavid Çələbiyev,
Teymur Məmmədov və Məhəmmədrəsul
Məcidov ( boks), Murad Ağarzayev, Bense Talas (2) və Yuliya İnşina (hamısı
idman gimnastikası idman növü üzrə), Ruslan Lunyov (4), Nigar Nəsirova/Ruslan Lunyov cütlüyü və Əli Hüseynli/Aydan Camalova cütlüyü (atıcılıq), Marina Durunda
(2) və Jalə Piriyeva, habelə Azərbaycan yığması
(bədii gimnastika), Nazim Babayev və
Anna Skidan (yüngül
atletika), ağır atlet Anastasiya İbrahimli, suya tullanan Olqa Bıkovskaya
(2), üzgüçü Maksim
Şemberev (4) və zorxana ustası Rüfət Gülalıyev,
Azərbaycanın basketbol
3x3 (kişi və qadın), futbol (kişi), həndbol (qadın) və voleybol (qadın) üzrə yığma komandaları yazdırıblar.
Azərbaycan İslamiadaya
281 idmançı ilə
yollanıb
Azərbaycan Türkiyənin Konya şəhərində
V İslam Həmrəyliyi
Oyunlarında iştirak
etmək üçün
281 idmançı ilə
yollanıb. İdman nümayəndə heyətimizin bayraqdarları
da artıq məlumdur. Bu gün
keçiriləcək açılış
mərasimində ölkəmizin
adı yazılan lövhəni Olimpiya Oyunlarının gümüş
və bürünc mükafatçısı, üçqat
dünya çempionu,
üçqat Avropa çempionu, Avropa oyunlarının qızıl
və bürünc mükafatçısı güləşçi
Hacı Əliyev daşıyacaq.
Üçrəngli bayrağımızı
isə Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının
qalibi, Universiadanın
ikiqat qalibi atlet Nazim Babayev
və qadın voleybolçulardan ibarət
Azərbaycan millisinin kapitanı, "Çağırış"
kubokunun qalibi, "Qızıl Avropa" liqasının və IV İslam Həmrəyliyi Oyunlarının çempionu
Ayşən Abduləzimova
aparacaqlar.
Qeyd edək ki, yarışlar
açılış mərasimindən
əvvəl başlayıb.
Avqustun
7-də Azərbaycan velosipedçiləri
növbəti yarışlarda
iştirak ediblər.
Elit/U23 yığma komandamızın
üzvləri Konya velodromunda
trek velosipedinin xallar üzrə qrup ötüşməsi növündə
mübarizə aparıblar.
Qadınlar arasında yarışda
Viktoriya Sidorenko və Ayan Xankişiyeva,
kişilər arasında
isə Musa Mikayılzadə
və Nəcəf Bağırov güclərini
sınayıblar. Perspektivli velosipedçimiz
Ayan Xankişiyeva əzmkar mübarizə apararaq 13 xalla 4-cü yerə layiq görülüb, M.Mikayılzadə
isə 8 xalla 7-ci yerə çıxıb.
Digər
idmançılarımız V.Sidorenko və N.Bağırov ümidləri
doğrultmayıb və
mübarizəni dayandırıblar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında baş məşqçilər Asif
Həsənovun (şose
üzrə) və Elçin Qərəmanovun
(trek üzrə) rəhbərliyi
ilə kişi velosipedçilərdən Elçin
Əsədov, Nəcəf
Bağırov, Əmral
Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə,
Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən
isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova
iştirak edirlər. İdmançılarımız həm trek, həm
də şose növlərində yarışırlar.
Srağagün qadın həndbolçulardan
ibarət Azərbaycan
millisi ilk oyunda Kamerun yığması ilə qarşılaşmalı
idi. Lakin kamerunlular meydana
çıxmadığından millimizin aktivinə qələbə yazılıb
- 10:0. Bu gün Əfqanıstan seçməsi
ilə qarşılaşacaq
komandamız avqustun
11-də qrup mərhələsinin
son turunda İran millisi ilə görüşəcək.
Həndbol yarışlarında yarımfinal
görüşləri avqustun
13-də, mükafatlar uğrunda
oyunlar avqustun 14-də
olacaq.
Stolüstü tennis üzrə şəxsi
yarışlara da start verilib. İslamiadada
Azərbaycanı milli
komandamızın üzvləri
Ləman Əbdülhəmidova,
Adil Əhmədzadə,
Nihad Məmmədov, Vəzir Allahverdiyev, Emin Məmmədov, Zemfira Mikayılova, Mərziyyə Nurmətova
və Nəzakət Qarayeva təmsil edirlər.
Kişilərin şəxsi yarışında
Azərbaycan idmançısı
Emin Məmmədov Qazaxıstan təmsilçisi
Akimali Bakdauletə 3:0
hesabı ilə qalib gələrək 1/16
finala yüksəlib.
Qeyd edək
ki, V İslam Həmrəyliyi Oyunlarında
stolüstü tennis yarışları
avqustun 11-dək davam edəcək.
Dünən axşam atletlər, üzgüşülər, futbolçular
və qadın voleybolçular mübarizəyə
başlayıblar.
Rizvan CƏFƏROV
Azərbaycan.- 2022.- 9 avqust.- S.6.