Azərbaycan Prokurorluğu xarici tərəfdaşlarla
əyani təcrübə mübadiləsi formatında
qurulmuş əməkdaşlığını davam etdirir
Hüquq-Mühafizə
Orqanlarının İşçiləri üçün
Avropa İttifaqının Təlimlər Agentliyinin (CEPOL)
proqramının formatına uyğun olaraq, Litva
Respublikasının Xüsusi İstintaq Xidmətinin nümayəndəsinin
ölkəmizin hüquq sistemi ilə tanışlıq səfərinin
ardınca, bu ilin iyulunda qarşılıqlı olaraq Azərbaycan
Prokurorluğu nümayəndəsinin də Litva
Respublikasının tərəfdaş ölkəyə analoji
təcrübə səfəri baş tutub.
Baş
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, beşgünlük təcrübə mübadiləsində
iştirak edən Baş Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə Baş İdarəsinin təşkilati
və informasiya təminatı idarəsinin böyük
prokuroru Pirayə Səmədzadə-Əliyeva Litva
Respublikasının Xüsusi İstintaq Xidməti, Baş
Prokurorluğu, Daxili İşlər Nazirliyi yanında Maliyyə
Cinayətlərinin Araşdırılması Xidməti,
Kriminal Polis Bürosu və digər dövlət
orqanlarının müsbət təcrübələrini
öyrənib.
Eləcə də cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizənin mühüm əhəmiyyəti nəzərə alınmaqla, təlim proqramında bu sahədə aparılmış son institusional dəyişikliklərə də xüsusi yer verilib, bu məqsədlə əməkdaşımız 2021-ci ildə yaradılmış Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə Mərkəzinin fəaliyyəti ilə yerində tanış edilib.
Litva Respublikasının Maliyyə Nazirliyi, Mərkəzi Bankı və kommersiya bankları tərəfindən birgə təsis edilmiş həmin Mərkəz çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində dövlət və özəl sektorun səylərini birləşdirməklə, bu sahədə mərkəzləşdirilmiş informasiya mübadiləsi platforması rolunu oynamaqdadır.
Proqram çərçivəsində nümayəndəmizə
həmin qurumların təcrübəli mütəxəssisləri
tərəfindən korrupsiya və cinayət
yolu ilə əldə edilmiş
pul vəsaitlərinin
leqallaşdırılmasına qarşı mübarizə, bu qəbildən olan cinayət
növləri üzrə ilkin
araşdırma və istintaqın
aparılmasının müasir
metodları, əmlakın bərpası fəaliyyəti ilə
əlaqədar tətbiq edilən yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq
əlaqələri, habelə tərəfdaş ölkənin
qanunvericilik sisteminin
yenilikləri barədə geniş təqdimatlar
olunub, səlahiyyətli dövlət təsisatlarının
elmi-texniki imkanları əyani formada nümayiş etdirilib.
Azərbaycan.- 2022.- 9 avqust.- S.2.