“Dəniz kuboku” müsabiqəsinin hakimlərinin
müşavirəsi keçirilib
Avqustun 8-də Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin hakimlər komissiyasının formalaşdırılması üzrə təşkilati müşavirə keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İştirakçı dövlətlərin nümayəndələrinin qatıldığı tədbirdə təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib, hakimlər heyətinin tərkibi və müsabiqənin epizodlarının icra olunacağı yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib.
Həmçinin müsabiqənin hakimləri normativ sənədlərin vəziyyətini, mükafat və cərimə ballarının hesablanması prinsiplərini müzakirə edib.
Qeyd edək ki,
Azərbaycan, Rusiya, İran
və Qazaxıstan hərbi dənizçilərinin iştirak etdiyi “Dəniz kuboku” müsabiqəsi bu il avqustun 13-dən 27-dək
keçiriləcək.
Azərbaycan.- 2022.- 9 avqust.- S.3.