Qan tökməkdənsə, kiminsə
həyatını xilas etmək daha vacibdir
Aşura günü
Bakı və rayonlarda təşkil olunan aksiyalarda böyük izdiham
yaşandı
əhərrəm ayının 10-u - Aşura günü idi. Azərbaycanda hər il olduğu kimi, bu il də həmin gün qanvermə aksiyası keçirildi. Aksiyada 18-65 yaşarası, çəkisi minimum 50 kiloqram olan sağlam şəxslər iştirak edə bilərdilər. Ötən gün bu məqsədlə əhali paytaxtda yerləşən məscid və ziyarətgahlara, həmçinin bölgələrdəki müvafiq səhiyyə müəssisələrinə yaxınlaşaraq qan verirdilər.
14 məntəqədə 100-dən çox tibb işçisi xidmət göstərirdi
Aksiya Bakı şəhəri üzrə Xəzər rayonu Mirmövsüm ağa ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu "Şah Abbas", Səbail rayonu Bibiheybət məscid ziyarətgahında, Suraxanı rayonu Qaraçuxur, Yasamal rayonu Təzəpir məscidlərində, bölgələr üzrə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində həyata keçirilirdi.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankının tibb heyəti qanvermə aksiyalarının keçirilməsinə cəlb olunmuşdu. TƏBİB-dən verilən məlumata görə, 100-dən çox tibb işçisi aksiyanın keçirildiyi müvafiq ərazilər üzrə fəaliyyət göstərirdilər. Qanvermə saat 08:00-dan başlayaraq 18:00-dək davam edib.
Hər kəs zəruri
müayinələrdən keçirilir
Aksiyanın keçirildiyi məkanlardan biri olan Təzəpir məscidinə yollandıq. Qan verilən yerin girişində böyük izdiham var idi. İnsanlar məsciddə ziyarətlərini edəndən sonra buraya yaxınlaşırdılar. Hər kəs içəri keçib qan verməyə tələsirdi. İzdihama baxmayaraq, növbə gözlənilir, sıra ilə bura gələnlərdən bütün qaydalara riayət olunaraq qan götürülürdü.
Bütün donorlar zəruri müayinələrdən keçirilirdi. Proses qan verən şəxslə bağlı məlumatların toplanılması ilə başlanılırdı. Təzyiqi ölçülən şəxs daha sonra laborator testlərə yönləndirilirdi. Burada onun hemoqlabin dəyəri ölçülürdü. İlkin tibbi müayinədən uğurla keçənlər sonuncu mərhələdə qan verirdilər. Qan verdikdən sonra insanların hazırlanan çay və şirniyyat süfrəsində əyləşməsi üçün də şərait yaradılmışdı.
Alınan qanın standart dozası 350-400 ml təşkil
edirdi. Qanlar toplandıqdan sonra
infeksiyalar üzrə
müayinə aparılır,
təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin,
eləcə də qana ehtiyacı olan digər xəstələrin müalicəsində
istifadə edilir.
Hər bir insan
kiməsə kömək
edəcəyini düşünürdü
Aksiyaya qoşulanlardan
biri olan Vəfa Hacıyeva qeyd edir ki,
5 ildən çoxdur xəstə insanlara, qana ehtiyacı olan şəxslərə
yardım etmək üçün qan verir. "Bu dəfə isə oğlumla birlikdə gəlmişəm.
Ümid edirəm ki, verdiyimiz qan ehtiyacı olanlara kömək edəcək".
Elə qan verən anda yaxınlaşdığımız Qərib Adgözəlov isə söyləyir ki, səhhəti yaxşı olduğu müddətdə daim belə təşəbbüslərə
qoşulur. "Xüsusilə
son illərdə torpaqlarımızın
müdafiəsində əvəzsiz
rol oynayan əsgərlərimizə dəstək
olmaq hər birimizin borcudur".
Aksiyanın keçirilməsini yüksək
qiymətləndirən Kamran
Hüseynov deyir ki, ehtiyac sahiblərinin,
maddi vəziyyəti aşağı olan xəstə insanların bizlərin köməyinə
ehtiyacı var. "Verdiyimiz
qan ehtiyacı olan xəstələrə
bizdən bir pay olsun. Bu zaman yaxşılıq əsl məramına çatar".
1 vahid qandan 3 insan faydalana bilir
Qanvermə məntəqəsinə gələrək
açıqlama verən
Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirdi ki, Bakı
şəhərində saat
08:00-dan 18:00-a qədər 1295 nəfər, regionlarda isə 598 nəfər qan verib. "Qana hər zaman
ehtiyac var. Çünki
qanın istifadə müddəti 42 gündür.
Buna görə də, askiyalardan əlavə mütəmadi
olaraq könüllü
donorlardan qanların alınması bizim əsas istiqamətimizdir".
Q.Ələkbərova onu da nəzərə
çatdırdı ki,
qanın heç bir əvəzləyicisi yoxdur. Onun mənbəyi yanlız
insandır. Alınan 1 vahid
qandan 3 fərqli qan komponentin hazırlanması 3 insanın
qanla təmin edilməsinə yardımçı
olur.
Deyilənlərdən bir daha belə
aksiyaların əhəmiyyəti,
insan həyatındakı
rolu aydın olur. Daim sağlamlığımızın
qeydinə qalaraq, başqalarına kömək
etməkdən də çəkinməməliyik. Məhz ötən gün məscid və tibb məntəqələrində
verilən qanlar neçə-neçə insanın
yenidən həyata dönməsinə vəsilə
olacaq.
Aydan XƏLİLOVA
Azərbaycan.- 2022.- 9 avqust.- S.4.