Qeyri neft-qaz sənayesində məhsul istehsalı artıb

 

İxracda da bu sahənin payı az deyil

 

 Dünya iqtisadiyyatında koronavirus pandemiyası səbəbindən baş vermiş geriləmə tam aradan qalxmamış Rusiya-Ukrayna münaqişəsi qlobal  iqtisadiyyatın başının üstünü kəsdirib. Pisi odur ki, hələlik bu qarşıdurmanın qədər davam edəcəyi bilinmir.

Dünyanın tanınmış beynəlxalq səviyyəli mütəxəssisləri qeyd edirlər ki, proses uzansa, dünya yenidən növbəti iqtisadi böhrana daxil ola bilər, özü daha üzunömürlüsünə. Hazırda məlum səbəblərdən neft qazın qiyməti yüksək səviyyəyə çatıb. Xüsusilə qazın qiymətinin (1000 kubmetrinin) 2 min dollardan yüksək olması Avropa ölkələrini rahatsız edir. Avropa isə dünyanın ən çox məhsul istehsal edən regionlarından biridir. O üzdən "qoca" qitədə böhran başlasa, bütün dünya iqtisadiyyatına mənfi təsir göstərəcək.

Azərbaycana gəldikdə, onu vurğulayaq ki, zamanında aparılan iqtisadi islahatlar sayəsində ölkəmiz dinamik inkişafdan qalmır. Dövlət Statistika Komitəsinin (DSK) verdiyi məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkə üzrə ÜDM istehsalı 6,2, o cümlədən neft-qaz sektorunda 0,2, qeyri neft-qaz sektorunda 9,6 faiz artmışdır.

Yaranan əlavə dəyərin 53,3 faizi sənayedə qeydə alınmışdır. Sənaye müəssisələri bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 6 ay ərzində 42,2 milyard manatlıq ya ötən ilin müvafuq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulları istehsal olunmuşdur. Bu sahə üzrə neft-qaz sektorunda məhsul istehsalı 0,6, qeyri neft-qaz sektorunda 11,5 faiz artım qeydə alınmışdır. DSK-nin məlumatına əsasən, hesabat dövründə sənaye məhsullarının 75,7 faizi mədənçıxarma, 20,4 faizi emal, 3,4 faizi elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi emalı sektorlarında istehsal edilmişdir.

Sənaye sektorunda özəl müəssisələrin məhsul istehsalındakı payı ildən-ilə artmaqdadır. Belə ki, ilin birinci yarısında istehsal olunan sənaye məhsullarının 88,5 faizi qeyri-dövlət sektoruna məxsusdur. Həmin dövrdə ümumi istehsalın 94,2 faizi sənaye məhsullarının istehsalı, 5,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına formalaşmışdır. Qeyri-neft sənayesindən söz düşmüşkən onu da bildirək ki, bu sahə üzrə məhsul istehsalı ixracının dinamikasında ciddi artım var. Cari ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracının dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,9, real ifadədə 17,5 faiz artaraq 1 milyard 188,1 milyon dollara çatmışdır.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin plastik kütlə məmulatları istehsalının xüsusi çəkisi qeyri neft-qaz sənayesində daha yüksəkdir. Hesabat dövründə həmin sahələrdə 1 milyard 146,6 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsulları üzrə 2,1 dəfə, kimya sənayesi məhsulları üzrə 20,4, rezin plastik kütlə məmulatları istehsalı üzrə 10,1 faiz çoxdur.

Tikinti materialları istehsalı sənayenin qeyri-neft sektorunda yüksək paya malik olan sahələrdəndir. Cari ilin birinci yarısında burada 520,5 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bu da ötən ilin müvafiq dövründəki göstəricini 33,4 faiz üstələyir.

Metallurgiya sənayesi hazır metal məmulatlarının istehsalı da seçilən sahələrdəndir. Bu sahə üzrə hesabat dövründə 821,4 milyon manatlıq məhsul istehsal olunmuşdur. Hazır metal məmulatlarının istehsalında 88,9, poladtökmədə 55,9 faiz artım müşahidə edilmişdir.

 

 Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.- 9 avqust.- S.5.