Türk dünyasında xalqlar
arasında əlaqələr güclənir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da
Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin
Tatarı qəbul edib.
AZƏRTAC
xəbər verir ki, görüşdə Türk
dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi
işinə xidmət edən V İslam Həmrəyliyi
Oyunlarının Türkiyədə keçirilməsinin
önəmi vurğulandı. Bu mötəbər beynəlxalq
idman tədbirinin Bakıda da yüksək səviyyədə
təşkil olunduğu məmnunluqla qeyd edildi.
Söhbət
zamanı Türk dünyası xalqlarının bir-biri ilə
tarixi bağlılığına söykənən əlaqələrin
humanitar, mədəniyyət, təhsil, idman sahələrində
genişlənməsinin əhəmiyyətinə toxunuldu.
Azərbaycan.- 2022.- 10 avqust.- S. 2.