O.Ç.Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin
başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 avqust
2022-ci il
Azərbaycan.- 2022.- 12 avqust.- S.1.