Xarici işlər naziri
Ceyhun Bayramov Türkiyənin
aparıcı media orqanlarına müsahibə
verib
Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Türkiyəyə işgüzar səfəri çərçivəsində
avqustun 9-da bu ölkənin aparıcı media orqanlarına
müsahibə verib.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov “TRT World”, habelə
“Hürriyyət”, Anadolu Agentliyi, “Haber Global” və “Daily
Sabah”ın müxbirlərinin 44 günlük Vətən
müharibəsindən sonrakı mərhələdə
bölgədə sülh və əmin-amanlığın təmin
olunması istiqamətində səylər, Avropa
İttifaqının vasitəçiliyi ilə
danışıqlar, Ermənistanın Azərbaycana
qarşı son təxribatları, üçtərəfli bəyanatları
pozması və öhdəliklərini yerinə yetirməməsi,
Türkiyə-Ermənistan əlaqələrinin
normallaşması prosesi, Zəngəzur dəhlizi üzrə
işlər, Şuşa Bəyannaməsindən irəli gələn
tədbirlər, habelə Londondakı səfirliyimizə
radikal dini qruplaşmaların hücumu barədə
sualları cavablandırıb.
Nazir
media nümayəndələrinə Azərbaycanla Türkiyə
arasında münasibətlərin yüksək səviyyəsi
və çoxsaylı əməkdaşlıq istiqamətləri,
bölgədə sülhün, təhlükəsizliyin və
inkişafın təmin olunmasına dair Azərbaycanın
baxışları və addımları, ölkəmiz tərəfindən
aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya
xətlərinin bərpası, habelə mina təhlükəsi
barədə məlumat verib, digər qarşılıqlı
maraq doğuran sahələrdə müzakirə
aparılıb.
Azərbaycan.- 2022.- 10 avqust.- S.5.