Anna Skidan: İkinci dəfə İslam
Həmrəyliyi Oyunlarının qalibi olduğum üçün
çox xoşbəxtəm
İkinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olduğum üçün çox xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında çəkicatma yarışlarında qızıl medal qazanan atletimiz Anna Skidan deyib.
Bildirib ki, belə imkanı yaratdığı üçün Azərbaycana minnətdaram. Təəssüratlarım çox müsbətdir. Çünki birinci olmaq həmişə xoşdur. Verdiyi dəstəyə görə, komandamıza təşəkkür edirəm. Göstərdiyim nəticəyə görə də məmnunam.
Qeyd edək ki, Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.
Beşinci İslam
Həmrəyliyi Oyunları 2021-ci ilin
sentyabrında keçirilməli idi. Daha sonra pandemiya
ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün
oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun
hesab olundu. İlk dəfə İslam
Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında
keçirilib. Dördüncü
İslam Həmrəyliyi Oyunlarına isə
Azərbaycan ev sahibliyi
edib.
Azərbaycan.- 2022.- 10 avqust.- S.7.