Ayşən Abduləzimova: “Bayraqdar
seçilməyim məsuliyyətimi artırıb”
AZƏRTAC
xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət
Azərbaycan milli komandasının kapitanı Ayşən
Abduləzimova Türkiyənin Konya şəhərində
keçirilən V İslam Həmrəyliyi Oyunlarında
Seneqala qalib gəldikləri B qrupunun ilk oyunu barədə
danışarkən deyib.
Bildirib ki, İslamiadaya qələbə ilə başlamaq əla motivasiya oldu. İki aydan çox idi ki, bu yarışa və "Avro-2023"ün təsnifat mərhələsinə hazırlaşırdıq.
"Bayraqdar seçilməyim yarışdakı məsuliyyətimi daha da artırdı. Bayrağımız hər zaman yüksəklərdə dalğalanmalıdır. Mən də bir idmançı kimi çalışacam ki, bu yarışda qalib gələrək üçrəngli bayrağımızı ucaldım", - deyə voleybolçu əlavə edib.
Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
İdmançılar 483 dəst medal uğrunda mübarizə aparırlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunur.
Beşinci İslam
Həmrəyliyi Oyunları 2021-ci ilin
sentyabrında keçirilməli idi. Daha sonra pandemiya
ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün
oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun
hesab olundu. İlk dəfə İslam
Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında
keçirilib. Dördüncü
İslam Həmrəyliyi Oyunlarına isə
Azərbaycan ev sahibliyi
edib.
Azərbaycan.- 2022.- 10 avqust.- S.7.