Gənclər və
idman naziri İslamiadada iştirak edən
stolüstü tennis
komandasının üzvləri ilə görüşüb
Gənclər
və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana
Vasileva və Milli Məclisin deputatı Kamal Cəfərov V
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın
stolüstü tennis komandasının üzvləri ilə
görüşüb.
AZƏRTAC
xəbər verir ki, Özbəkistanla vacib oyun ərəfəsində
keçirilən görüşdə nazir idmançılara
qələbə arzulayıb və onların yüksək nəticələr
əldə edəcəklərinə ümidvar olduğunu
bildirib.
Sonra Azərbaycan-Özbəkistan oyununa
start verilib.
Qeyd edək
ki, komandamız ilk oyunda Banqladeş seçməsinə 3:0 hesabı
ilə qalib gəlib.
Millimiz sabah İran
komandası ilə üz-üzə gələcək.
Azərbaycan.- 2022.- 10 avqust.- S.7.