Yaponiyanın Baş naziri
Azərbaycanın Baş nazirinə təşəkkür
məktubu ünvanlayıb
Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar ona başsağlığı məktubu ünvanladığına görə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür edib.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, təşəkkür məktubunda F.Kişida cari ilin sentyabrında Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyinin qeyd olunacağını xüsusi vurğulayıb. İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq münasibətlərinin inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub.
Yaponiyanın
Baş naziri bildirib ki, Azərbaycan ilə
Yaponiya arasında dostluq
münasibətlərini inkişaf etdirmək
üçün
çalışmış Ş.Abenin
iradəsinin davamçısı olaraq,
ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi istiqamətində
səylərini əsirgəməyəcəkdir.
Azərbaycan.- 2022.- 13 avqust.- S.4.