O yollar
hara, bu yollar hara…
İndi yolumuz da dünyaya nümunədir
Azərbaycanda bugünkü yol infrastrukturunun keçmişdəkindən
necə fərqləndiyini
göstərən bir
uşaqlıq xatirəsi
yadıma düşür. Təxminən
1965-ci il olardı. Babamgil bizi çağırdılar
ki, dayınız Bakıya gedir və ona pay üçün Seyfəlin
bağından gilas yığmaq lazımdır.
Bu bağa kəndimizdən 15 kilometrlik
bərbad bir yol uzanardı ki, onu ya
araba, ya da yük maşını ilə gedərdilər. Şabut dayının QAZ-53 markalı yük maşını bizə indinin "CİP"lərindən
üstün idi. Yəni
Abdulla dayının arabasından
sallanıb gəzən
uşaqlar üçün
QAZ-53-ə minmək təyyarədə
uçmaq qədər
unudulmaz hadisə idi.
Dayım, daha doğrusu, anamın dayısı alim idi və
Bakıda yaşayırdı. Kəndimizin
sayılıb- seçilən
yetirməsi olan bu həlim təbiətli
insanı heç kim heç
vaxt əsəbiləşib
özündən çıxan
görməmişdi. Bizdən
başqa...
Sözün qısası, dayım oturdu QAZ-53-ün kabinəsində,
bizi də "kuza"ya dırmaşdırdı. Bağa çatana
kimi maşında o qədər silkələndik
ki, axırda bağırsaqlarına düyün
düşən adamlar
kimi sancılandıq.
Seyfəlin gilas bağında dayım dedi
ki, 5 yeşik seçmə gilas yığmalıyıq. Anladıq ki,
bu daşlı-kəsəkli
yollarla 15 kilometrlik
"kruiz" bizə
fikirləşdiyimiz qədər
asan başa gəlməyəcək. Çünkü o vaxtın yeşikləri
30 kiloqramlıq olardı.
2-3 nəfər 10-12 yaşında
uşaq üçün
5 yeşiyi gilasla doldurmaq çətin iş idi. Bir-iki saatdan
sonra gördük ki, alınmır, güclə bir-iki yeşiyi yarı etmişik. Gecəyə qalmayaq deyə
fikirləşdik ki, bir qat gilas
yığaq, üstündən
bir qalın qat yarpaq vuraq.
Yenə bir qat gilas, bir
qat yarpaq... Günortadan bir az keçmış
dayım baxdı ki, yeşikləri ağzına kimi doldurmuşuq. Kişi bizi yaman təriflədi, hər birimizə universitet boyun oldu. Elə ruhlanmışdı ki, qollarını çırmalayıb
yeşikləri maşına
özü vurdu.
Şabut dayının QAZ-53-ündə silkələnə-silkələnə
geri dondük. Yeşiklər tullanıb düşdükcə
yarpaqlar soluxdu, gilas yarıya endi. Dayım həyətdə yarımçıq
yeşikləri boşaldanda
dəli oldu ki, ay qibləsizlər, bu qədər gilası haranıza yemisiniz!? Kişinin ürəyi o qədər
saf idi ki,
hiylə işlətdiyimizi
ağlına belə,
gətirmədi.
Dünyasını dəyişənə kimi
hər bizi görəndə bu əhvalatı yadımıza
salardı. Dayım hardan bilsin ki, onun gilasını
biz yox, yolların çala-çuxuru "yemişdi".
O vaxt həqiqətən
də yollar belə idi.
İkinci Dünya
müharibəsi iştirakçısı,
əlil əmim İmanqulu kişi
ailəsini Bakıda mer-meyvə satmaqla dolandırardı. Amma gilas
mövsümündə ara-sıra
əmidostu bizə xəbər gətirərdi
ki, İmanqulu "batırıb", kişinin
mer-meyvəsi ya yolda zay olub,
ya da bazarda
bir-iki günə çürüyüb. Bəli, o vaxt
yollar belə idi.
Bu gün
də dünyada yolsuzluqdan əziyyət çəkən ölkələrin
sayı-hesabı yoxdur. Azərbaycan isə
avtomobil yollarının
vəziyyətinə görə
dünyada irəlidə
gedən 30 ölkədən
biridir. Dünya İqtisadi Forumu
(WEF) vaxtaşırı dünya
ölkələrində yolların
keyfiyyətinə dair
məlumat toplayır.
Qurumun ekspertləri ölkələr
üzrə yol örtüyünün keyfiyyətini
qiymətləndirirlər. Məsələn, 2019-cu ilin reytinqində
138 ölkə arasında
keçirilən qiymətləndirmədə
uzun müddət birinci yerdə qərar tutan Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ) son illər Sinqapur və Avropa ölkələri tərəfindən
podiumdan sıxışdırılıb
çıxarılıb. Dünyanın ən pis yolları isə Mavritaniya və Çaddadır. Bunların
sonunda yol örtüyünün keyfiyyətinə
görə ölkələrin
reytinqində bizim yollar 27-ci yerə qədər yüksəlib.
Ötən əsrin 90-ci illərində
Azərbaycana "Röyter"
agentliyinin hansısa Afrika ölkəsindən gələn əməkdaşı
Tim Xyüeldən soruşdum
ki, oradakı və Azərbaycandakı yollar arasında fərq nədədir? Gülə-gülə
cavab verdi:
"Sizdə maşın
çalaya düşən
kimi o saat tullanıb çıxır,
Afrikada maşın çalaya düşəndə
kənardan görünmür".
70-80-ci illərdə
öz aramızda danışırdıq ki,
Azərbaycanın nefti
özünə qalsaydı,
yollarımızı qızıldan
çəkərdik. Prezident İlham
Əliyevin apardığı
islahatlar, sözün
əsl mənasında,
deməyə imkan verir ki, yollarımız,
doğrudan da, "qızıl"dan çəkilib.
Niyə də belə fikirləşməyək - dünyanın
heç bir ölkəsində kəndarası
yollara bu qədər vəsait və xüsusi diqqət ayrılsın.
Elə Azərbaycan
Prezidentinin avqustun 12-də
imzaladığı sonuncu
sərəncam da
təsdiq edir
ki, bu istiqamətdə
görülən işlər
səngimir. Sənəddə
qeyd olunur ki, 10 min nəfər əhalinin yaşadığı
12 yaşayış məntəqəsini
birləşdirən Ağsu-Kürdəmir-Bəhrəmtəpə
(19 km) - Ərəbmehdibəy-Dədəli-Qasımbəyli-Xəlilli-Mustafalı-Göydəlləkli-Təklə-Dəlilər-Qaraqoyunlu-Kəndoba
avtomobil yolunun tikintisinə 3,2 milyon manat vəsait ayrılmışdır.
Eyni zamanda işğaldan azad edilmiş torpaqlarda yeni yolların çəkilməsinə
xüsusi diqqət ayrılır. Başlanğıcını
Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur
dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli,
Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən
81,6 kilometr uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam edir. Ümumiyyətlə, hazırda işğaldan azad edilmiş ərazilərimizdə 14 avtomobil
yolu tikilir ki, onlardan 8-inin çəkilişi cari ildə yekunlaşacaq.
Bu günlər mühüm yollardan biri - Laçından yan keçən avtomobil yolunun tamamlanması həmin sahədə görülən
işlər sırasında
xüsusi önəm daşıyır.
Bu gün
istənilən kənddən
fermer öz malını sürətlə
və itkisiz bazarlara çatdıra bilir. Kəndarası yollarda məhsulun
itməsi, xarab olması ağlabatan məsələ deyil.
15 kilometrdə yeşiklərin yarıya enməsinə bu gün bir kimsə
inanmaz. Bunu qeyd etməkdə
məqsədimiz müharibədən
qalib çıxan ölkənin sistemli uğurlarını bir daha vurğulamaqdır.
İlham
Əliyevin rəhbərliyi
dövründə ölkənin
bütün yol infrastrukturu demək olar başdan-ayağa yenilənmişdır. 2003-2021-ci illərdə yenidən qurulan və təmir olunan avtomobil yollarının, prospekt və küçələrin ümumu
uzunluğu 19 min 928,3 kilometr olmuşdur. Birinci texniki dərəcəli avtomobil
yollarının uzunluğu
isə 935,5 kilometrə çatmışdır.
Üstəlik, 470 körpü və
yol ötürücüsü
salınmış, 101 yeraltı
və yerüstü piyada keçidi inşa edilmişdir.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2022.- 14 avqust.- S.3.