Bəzi dairə seçki
komissiyalarının tərkibində dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar № 5/20
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 22.4.4-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. İlham İmran oğlu Qəmbərov 13 saylı Xəzər - Pirallahı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.
2. Rühəngiz Zaman qızı Əlimərdanova 13 saylı Xəzər - Pirallahı, Kamran Kamal oğlu Rəsulov 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16.08.2022-ci il
Azərbaycan.- 2022.- 17 avqust.- S.3.