Azərbaycan davamlı inkişaf
yolundadır
Regionların yüksəlişi
İlham Əliyevin iqtisadi və sosial strategiyasının mühüm tərkib hissəsidir
İqtisadi qüdrəti getdikcə artan Azərbaycan qlobal böhranla mübarizə dövründə belə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan heç bir sosial layihəni təxirə salmır. Bu da bir daha təsdiq edir ki, bölgələrin yüksəlişi davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Ümumiyyətlə, regionların inkişafı naminə uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı yüksəlişinə, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına təkan verib. Regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident
İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətinin prioritetini təşkil edir.
Bölgələrə müntəzəm səfərlər,
təxirə salınmayan layihələr
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında əksini tapmış vacib istiqamət insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpasını nəzərdə tutur.
Prezident İlham Əliyev müntəzəm olaraq bu layihələrin icrası ilə yerində tanış olur. Yəni tez-tez regionlara səfər edərək həm görülən işlərlə maraqlanır, həm də sakinlərlə səmimi görüşlər keçirərək onların problemlərini öyrənir. Bəzən elə olur ki, vətəndaşın problemi yerindəcə həll edilir və ya dövlət başçısı tərəfindən məsələnin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilir.
Həmçinin Prezident müxtəlif sosial-iaşə obyektlərinin, zavod-fabriklərin açılışında iştirak edir, müəssisənin kollektivi qarşısında geniş nitq söyləyir. Bütün çıxışlarında xalqa dövlətin gördüyü işlərlə bağlı hesabat verən Prezident həm də əhalini narahat edən məsələlərə aydınlıq gətirir.
Dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfərləri zamanı yeni obyektlərin açılışı və Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində əhalini maraqlandıran məsələlərə aydınlıq gətirməsi də deyilənlərin əyani təsdiqidir.
Səfər çərçivəsində Qobustan rayonunda "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri, "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri, "Ağsu Aqropark" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanışlıq, İsmayıllı rayonunda "Basqal Resort & Spa" hotelinin, Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışı bir daha dövlət başçısının bölgələrin yüksəlişinə, yeni iş yerlərinin açılmasına, məşğulluğun artırılmasına xüsusi diqqət yetirdiyinin təzahürüdür.
Ölkədə 51 aqropark və iri fermer təsərrüfatı
yaradılıb
Son illərdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.
Respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
İndiyədək aqroparklara
1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət
tərəfindən aqroparklara
müvafiq dəstək
tədbirləri görülüb.
Belə ki, investisiya təşviqi sənədi almış
27 aqroparkdan 26-sına texnika,
texnoloji avadanlıqlar
və qurğuların
idxalına görə
43,7 milyon manat dəyərində güzəşt
tətbiq olunub, 25 aqroparkın yaradılması
və ya fəaliyyətinin genişləndirilməsi
üçün 184,2 milyon
manat güzəştli
kredit verilib. Həmçinin aqroparklar üçün
infrastruktur təminatı
dövlət vəsaiti
hesabına həyata keçirilir. Aqroparklar məşğulluq
səviyyəsinin artırılmasında
da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə
4491 işçi daimi,
6303 işçi isə
mövsümi işlə
təmin olunub. Gələcəkdə əlavə
4672 iş yerinin açılması nəzərdə
tutulur.
Artıq ölkədə 44 aqropark
fəaliyyətə başlayıb,
digərlərində isə
layihələndirmə işləri
aparılır. 2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi
üzrə fəaliyyətə
başlayan "Ağsu
Aqropark"ın ümumi
ərazisi 1843 hektar olmaqla, layihə dəyəri 18 milyon manatdır. Aqroparkın tikintialtı sahəsi
10 hektar təşkil edir. Yerli mütəxəssislərə önəm verən Qapalı Səhmdar Cəmiyyəti əhalinin
məşğulluğunun təmin
edilməsini mühüm
bir vəzifə kimi öz üzərinə
götürüb. Hazırda burada
200-ə yaxın daimi
işçi çalışır,
mövsümdən asılı
olaraq 240-250 nəfər
işlə təmin edilir.
Yol-nəqliyyat infrastrukturunun
yenidən qurulması
Regionların inkişafı dövlət
proqramlarına uyğun
olaraq son illərdə
yol infrastrukturunun inkişafı istiqamətində
də məqsədyönlü
tədbirlər həyata
keçirilir. Avtomobil yollarının tikintisi
və yenidən qurulması işlərinin
həcmi ildən-ilə
artır. Hazırda respublikanın
nəqliyyat-yol infrastrukturunun
yenidən qurulması
və təkmilləşdirilməsi
ilə bağlı dövlət büdcəsi
vəsaiti hesabına irimiqyaslı layihələr
uğurla icra edilir.
Ölkə iqtisadiyyatının
inkişafında mühüm
rol oynayan yol infrastrukturunun önəmini nəzərə
alan İlham
Əliyev bu sahəni daim diqqət mərkəzində
saxlayır. Son illər respublikamızın
bütün şəhər,
rayon və kəndlərində
yol tikintisinə milyardlarla investisiyalar qoyulub.
Həm işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, həm də ölkənin digər bölgələrində
ən müasir yollar salınır. Bütün illərdə
olduğu kimi, 2022-ci ildə dövlət proqramına uyğun olaraq bütün yol-nəqliyyat infrastrukturları
uğurla icra olunur. Bu il
Prezidentin iştirakı
ilə bir çox rayon və şəhərlərdə yeni
yollar istifadəyə
verilib.
Bu bir həqiqətdir ki, işğaldan azad edilmiş rayon və şəhərlərimizə gediş-gəlişin
və daşınma prosesinin təmini üçün yolların
əhəmiyyəti çox
böyükdür. Hazırda həmin
ərazilərdə 14 yol-nəqliyyatı
infrastruktur layihəsi
icra olunmaqdadır.
Tikintisinə ötən
il başlanılan
bir neçə mühüm yol infrastrukturu isə artıq istifadəyə verilib.
Regionlardakı vəziyyət
20 il əvvəllə
müqayisədə tamamilə
dəyişib
Bu gün
Azərbaycanın inkişafı
yalnız onun paytaxtının hesabına
deyil, regionlarının
da hesabına baş verir. Bir faktdır ki, regionlarımızdakı vəziyyət
20 il əvvəllə
müqayisədə tamamilə
dəyişib. Respublikanın regionları, sözün əsl mənasında, yeni bir simaya
malik olublar. Aparılan işlər regionların inkişaf potensialının
artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal
xidmətlərin keyfiyyətinin
yaxşılaşmasına, əhalinin rifahının
yüksəlməsinə və
ekoloji təhlükəsizliyin
güclənməsinə şərait
yaradıb.
2004-cü ildən
başlayaraq uğurla
icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları
davamlı olaraq həyata keçirilməkdədir. Hazırda regionların
inkişafı üzrə
sayca IV (2019-2023-cü illər)
Dövlət Proqramı
icra edilir.
Qlobal pandemiyanın nəticələrinin
aradan qaldırılması
işlərinə, Vətən
müharibəsindən sonra
həyata keçirilən
sosial layihələrə,
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında aparılan geniş bərpa və quruculuq işlərinə
baxmayaraq, eyni zamanda digər şəhər və rayonlarımızın da sosial-iqtisadi vəziyyəti
yaxşılaşdırılır. Sosial-iqtisadi sahələrdə
görülən işlər
və buna dövlət başçısının
birbaşa nəzarəti
ictimaiyyət tərəfindən
razılıqla qarşılanır
və təqdir olunur.
Bu reallıqlar
onu deməyə əsas verir ki, İlham Əliyevin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Verilən vədlər
artıqlaması ilə
yerinə yetirilib və bu gün
də davam etdirilir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 17 avqust.- S.1; 4.