"Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə 700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə 265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə 1479; 2014, ¹ 2, maddə 78, ¹ 7, maddə 769, ¹ 11, maddə 1356, ¹ 12, maddə 1526; 2015, ¹ 11, maddə 1259; 2016, ¹ 4, maddə 644, ¹ 10, maddə 1606; 2017, ¹ 5, maddələr 709, 724, ¹ 10, maddə 1775; 2018, ¹ 12 (I kitab), maddələr 2471, 2531; 2019, ¹ 1, maddələr 16, 21, ¹ 2, maddə 176, ¹ 6, maddə 999, ¹ 7, maddə 1203; 2020, ¹ 6, maddə 675, ¹ 8, maddə 1017, ¹ 11, maddələr 1323, 1335; 2021, ¹ 12, maddə 1312) aşağıdakı məzmunda 16.2.3-1-ci maddə əlavə edilsin:
"16.2.3-1. fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun
2022-ci il
Azərbaycan.- 2022.- 19 avqust.-
S.4.