İqtisadi müstəqilliyin aynası

 

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yalnız öz gücünə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri dövlətin qüdrətinin göstəricisidir

 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tikinti-quruculuq meydanına çevrilib. İşğaldan azad olunan torpaqlarımızda yol, enerji infrastrukturu yenidən qurulur, elektriksu xətləri çəkilir, müasir yaşayış kompleksləri yaradılır.

Lakin bir faktı xüsusi vurğulamalıyıq ki, bütün bu işləri Azərbaycan heç kimdən yardım almadan və yalnız öz gücünə həyata keçirir. Heç bir beynəlxalq təşkilat və fond bu işdə Azərbaycana yardım etmir.  

Bunu Prezident İlham Əliyev də dəfələrlə dünyanın aparıcı siyasiiqtisadi təşkilatlarının rəhbərləri, nümayəndələri ilə görüşdə səsləndirib.

Əlbəttə ki, bütün bunlar ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyinin real göstəricisidir.

Erməni barbarlarının 30 il ərzində daşı-daş üstündə qoymadıqları şəhər və rayonlarda, qəsəbə və kəndlərdə görülən işlər misilsizdir.

 

İşğaldan azad edilmiş ərazilərin ümumi planı təsdiq edilib

 

Qarabağ və Şərqi Zəngəzurda 1 il 9 ay müddətində reallaşan möhtəşəm layihələr dünyanın da diqqətini cəlb edir. İqtisadi qüdrəti getdikcə artan Azərbaycan dövləti şəhər və kəndlərini, tarixi-dini abidələrini sürətlə bərpa edir. Artıq demək olar ki, Böyük qayıdış proqramının icrasına da start verilib. Müstəqillik bayramımızı qeyd etdiyimiz əlamətdar gündə Zəngilanın Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. İyulun 19-u isə tarixi gün kimi yaddaşlara yazıldı. Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış "Zəngilan" şəhərciyindən 41 ailə illər sonra Yeni Ağalıya qayıtdı.

İşğaldan azad olunmuş ərazilərin bərpasını iqtisadi qüdrəti hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, eyni zamanda pandemiyanın yaratdığı çətinliklərə rəğmən, bərpa və yenidənqurma işləri bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılır. Nazirlər Kabitetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə "İşğaldan azad edilmiş ərazilərin Ümumi planı", həmçinin digər qərarla "Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"ı da təsdiq edilib.

Növbəti iyirmi illik dövrü əhatə edən bu planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, "yaşıl" enerji, "ağıllı" şəhər və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub.

 

Modern yollar, körpülər, tunellər, keçidlər tikilir

 

Əlbəttə ki, bu ərazilərdə hərəkətin tənzimlənməsi üçün ilk növbədə  yolların yenidən qurulması, körpü tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm tranzit-logistik baxımdan yolların inşası təxirə salınmadan həyata keçirilir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş şəhər rayonlarımıza səfərləri çərçivəsində yeni yolların təməlini qoyur tikinti işlərinin sürətlə aparılması ilə bağlı ciddi tapşırıqlarını verir. Hazırda  dövlət büdcəsindən ayrılmış vəsait hesabına işğaldan azad edilmiş ərazilərimizdə 14 avtomobil yolunun tikinti işləri davam etdirilir.

Tikintisi cəmi bir ilə həyata keçirilən Zəfər yolu ilə indi ölkə vətəndaşları, xarici qonaqlar Şuşaya rahat səfərlər edə bilirlər.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli Şuşa şəhərləri daxil olmaqla, bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir.

 

14 avtomobil yolunun 8-nin tikintisi bu il başa çatacaq

 

Azad edilmiş ərazilərimizdə inşa edilən 14 avtomobil yolunun 8-nin tikinti işlərinin bu il başa çatdırılması gözlənilir. Avqustun 11-də mühüm yollardan biri sayılan Laçından yan keçən avtomobil yolunda tikinti işlərinin yekunlaşdığı barədə məlumat verilib. Tikinti işləri davam edən 7 yolun - Füzuli-Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan, Kəlbəcər Laçın rayonları ərazisində reallaşdırılan layihələrin son mərhələsi icra edilir.

İnşa edilməkdə olan daha 7 yol - Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl- Hadrut, Ağdam-Füzuli, Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın Toğanalı-Kəlbəcər-İstisu yol layihələrinin növbəti illərdə yekunlaşacağı bildirilir.

Zəngəzur dəhlizinin əsas yol-nəqliyyat infrastrukturu hesab olunan Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu, həmin yolun 81-101-ci kilometrlərinin inşasını həyata keçirən "AzVirt" MMC-nin gördüyü işlərlə bağlı yayılan video süjetdə aydın görünür. Ümumi uzunluğu 123,8 km olan yolun təməli 2021-ci il aprelin 26-da Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın Cəbrayıl-Zəngilan rayonlarına səfərləri zamanı qoyulub. Yol işğaldan azad edilmiş ərazilərin inkişafı üçün əhəmiyyətli olan 10 yol-infrastruktur layihələrindən biri hesab edilir.

Başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu 6 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş - 3 gəliş olmaqla 6, qalan 43,8 kilometrlik hissəsi isə 2 gediş - 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq zəruri yerlərdə ümumi uzunluğu 6015 metr təşkil edən 3 avtomobil tuneli, 2 viaduk 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunur. Hazırda 8 körpünün təməl svay işləri görülür.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl Zəngilan rayonlarının ərazisindən keçir hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Bu gün əsas diqqət dəhlizin quru yollarının açılışına istiqamətlənib. Bu istiqamətdə daha bir layihə reallaşdırılır-  Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti. Dəmir yolu xəttinin 2023-cü ildə istifadəyə verilməsi gözlənilir.

Ötən il fevralın 14-də İlham Əliyev Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyanatının müddəalarına sadiqliyini bir daha təsdiqlədi. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin bir parçasıdır. Dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq böyük hissəsi tamamlanıb. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilib.  Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü ümumilikdə 300-ə yaxın mühəndis qurğusunun tikintisi planlaşdırılır.

Göründüyü kimi, Qarabağı 44 günə "dəmir yumruq"la düşməndən təmizləyən Ali Baş Komandan indi "dəmir iradə" ilə 30 il ərzində viran qoyulan yurd yerlərimizi yenidən qurur, keçmiş məcburi köçkünlərin Qarabağ Şərqi Zəngəzura qaytarılması üçün kompleks tədbirlər görür. İnfrastruktur qurulur, yollar, körpülər, yaşayış binaları, sosial obyektlər tikilir, kənd təsərrüfatı, sənayenin müxtəlif növlərinin yaradılması, turizmin inkişaf imkanları öyrənilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni-dini abidələrimiz bərpa olunur, bir çoxu yenidən tikilir. Erməni işğalından azad etdiyimiz ərazilərə dövlətimiz öz gücü, öz vəsaiti doğru planları ilə yeni həyat gətirir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-19 avqust.- S.1; 6.