E.P.Poluxovun Azərbaycan Respublikasının Braziliya Federativ
Respublikasında və eyni zamanda
Ekvador Respublikasında, Qayana
Kooperativ Respublikasında, Surinam
Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və
səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 avqust
2022-ci il
Azərbaycan.- 2022.- 20 avqust.- S.2.