R.İ.Novruzun Azərbaycan Respublikasının Braziliya Federativ
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Rəşad İntiqam oğlu Novruz Azərbaycan Respublikasının Braziliya
Federativ Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 20 avqust.-
S.2.