“Tezliklə Laçına qayıdacağıq”
Doğma yurdlarına dönəcək vətəndaşlarla
görüşlər keçirilir, ailələrin
sayı dəqiqləşdirilir
"Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq. Mən "Dövlətqaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq".
İsmayıllı rayonuna səfəri zamanı Azərbaycan televiziyasına müsahibəsində bu fikirləri səsləndirən Prezident İlham Əliyev bir daha Ermənistana xəbərdarlıq edərək adıçəkilən şəhər və kəndlərimizdə qeyri-qanuni məskunlaşmış ermənilərə avqustun sonuna kimi vaxt verildiyini də bəyan etdi.
Dövlət
başçısı bildirdi ki, bu proses
avqustun 5-də reallaşmalı idi. Lakin Qarabağda
yaşayan ermənilərin onlara vaxt verilməsi ilə
bağlı xahişindən sonra müddət
bir qədər uzadılıb: "Onlar bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki,
onlara avqustun sonuna vaxt verilsin.
Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun, böyük fərq etmir".
Göründüyü kimi, hər zaman olduğu kimi İlham Əliyev yenə də humanist addım ataraq ermənilərin müraciəti əsasında
vaxtı avqustun sonuna kimi uzadıb. Amma Ermənistan
unutmamalıdır ki,
bu müddətdə həmin ərazilər tamamilə boşaldılmalıdır.
Bunun başqa yolu yoxdur.
Dövlət başçısının
tapşırığı sürətlə icra olunur
Prezidentin tapşırığına əsasən,
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsində
dərhal işlərə
başlanıldı. Avqustun 13-də dövlət komitəsində
işğaldan azad edilmiş Laçın şəhərinə və
rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili
ilə əlaqədar
Prezidentin verdiyi tapşırıqların icrası
vəziyyətinə həsr
olunmuş müşavirə
keçirildi.
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin qətiyyətli
hərbi-siyasi fəaliyyəti,
rəşadətli ordumuzun
qəhrəmanlığı sayəsində sarsıdıcı
məğlubiyyətə uğradılmış
Ermənistan Laçın
rayonunun ərazisini, o
cümlədən Laçın
şəhərini, Zabux
və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində
qalıb. Dövlət başçısının tapşırığına əsasən,
keçmiş məcburi
köçkünlərin həmin
yaşayış məntəqələrinə
qayıdışa hazırlanması
bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir.
Respublikanın müxtəlif
bölgələrində müvəqqəti
məskunlaşmış Laçın
şəhəri, həmçinin
Zabux və Sus kəndləri sakinlərinin, yəni doğma yurda qayıdacaq ailələrin
sayının dəqiqləşdirilməsi,
onların sosial vəziyyətinin və məşğulluq imkanlarının
qiymətləndirilməsi üçün
zəruri tədbirlərin
həyata keçirilməsi,
əhali arasında məlumatlandırma, təbliğat
işlərinin aparılması,
köçürülmənin texniki-təşkilati məsələlərinin
həlli və digər vəzifələrlə
əlaqədar işlərin
sürətləndirilməsi barədə struktur bölmələrə tapşırıqlar
verilib. Dövlət komitəsində həmçinin Laçın
şəhərinin, Zabux
və Sus kəndlərinin bir qrup sakini ilə
görüş keçirilib.
Onlar ölkə rəhbərinin müsahibəsini
dinlədikdən sonra
böyük sevinc hissi keçirdiklərini,
doğma yurda qayıtmağa hər an hazır olduqlarını
bildiriblər.
Görüşdə dövlət başçısının
işğaldan azad edilmiş ərazilərin
bərpası, məcburi
köçkünlərin doğma
yurda qayıdışının
başlanması üçün
verdiyi tapşırıqların
icra vəziyyəti barədə iştirakçılara
ətraflı məlumat
verilib. Bildirilib ki, komitənin
struktur bölmələri
Laçın şəhərinə,
Zabux və Sus kəndlərinə qayıdışın təşkili
ilə bağlı müəyyənləşdirilmiş tədbirlərin icrası
ilə məşğuldurlar.
Doğma
yurda qayıdacaq sakinlərin sayının
dəqiqləşdirilməsi, məşğulluq imkanlarının
qiymətləndirilməsi, arzu, istək və tələblərinin
müəyyənləşdirilməsi üçün sorğular
aparılır, köçürülmənin
səmərəli təşkili
üçün zəruri
tədbirlər həyata
keçirilir.
Sülh müqaviləsini
imzalamaqdan yayınan Ermənistana gözdağı
Avqustun 17-də də
Laçın şəhərindən
otuz il
əvvəl məcburi
köçkün düşən
və respublikamızın
müxtəlif yerlərində
müvəqqəti məskunlaşan
vətəndaşlarla daha
bir görüş keçirilib. Bu görüşdə
dövlət komitəsinin
böyük Qayıdışa
hazırlıq məqsədilə
həyata keçirdiyi
tədbirlər barəsində
iştirakçılara ətraflı
məlumat verilib.
Bir daha diqqətə çatdırılıb ki,
məcburi köçkünlüyü
başa çatan vətəndaşların könüllü,
təhlükəsiz şəraitdə
və ləyaqətlə
doğma yurda qayıdışını təmin
etmək üçün
dövlət başçısının
tapşırığı ilə bütün lazımi tədbirlər həyata keçirilir.
Görüşdə qayıdışa hazırlıq
və köçürülmənin
təşkili ilə bağlı açıq və səmimi fikir mübadiləsi aparılıb. Laçınlılar doğma yurda
qayıdıb, onun sosial-iqtisadi inkişafına,
işğalın fəsadlarının
aradan qaldırılmasına
töhfə verməyə,
dağlar qoynundakı
şəhəri dirçəltməyə
hazır olduqlarını
bildiriblər.
Qayıdışla bağlı fikirlərini bildirən Zabux kənd sakinləri qeyd ediblər ki, bu kənddə
tarixən bir nəfər də erməni olmayıb, onların Azərbaycan ərazilərinə qarşı
olan iddiaları yersizdir.
Prezidentin tapşırığı ilə
dərhal tədbirlərə
başlanılması, dövlət
başçısının çıxışı bir
daha siyasi iradənin, sarsılmaz qətiyyətin bariz təcəssümüdür. Ermənistan da
yaxşı bilir ki, İlham Əliyevin gerçəkləşdirmədiyi
vəd, söz yoxdur. Əgər Azərbaycan Prezidenti
bir fikir səsləndirirsə, mütləq
onun reallığa çevrilməsi üçün
ortaya iradə qoyur və tezliklə
də məsələ
həll olunur. Sözü imzası qədər keçərli olan İlham Əliyev tezliklə vətəndaşlarımızın
Laşın şəhərinə
və Zabux, Sus kəndlərinə qayıdışını reallaşdırıb
sülh müqaviləsini
imzalamaqdan hələ
də yayınmağa
çalışan Ermənistana
gözdağı verəcək.
Əminliklə deyə bilərik ki, dədə-baba torpaqlarından uzun illər didərgin düşmüş şəxslər
tezliklə əzəli
torpaqlarına qayıdacaqlar. Laçın şəhəri və kəndləri yenidən gülüstana çevriləcək.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.- 2022.- 20 avqust.- S.1; 7.