Şirvanda şəhid gizir Emil Hümbətovun ailəsi ziyarət olunub

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şirvan şəhərində yaşayan şəhid Emil Hümbətovun ailəsi ilə görüşüb onların sosial vəziyyəti ilə maraqlanıb.

Agentliyin İctimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan gizirin vətənpərvərliyindən bəhs olunub, onun əziz xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağı vurğulanıb.

Agentliyin İdarə Heyətinin sədri şəhid ailəsinin qayğı ehtiyacları ilə maraqlanıb, ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanılacağını qeyd edib.

Qeyd edək ki, şəhid E.Hümbətov torpaqlarımızın azad olunması uğrunda böyük şücaət göstərib Vətən uğrunda”, “Füzulinin azad olunmasına görəİgidliyə görəmedalları ilə təltif olunub. ŞirvandaŞəhidlər xiyabanı”nda dəfn edilib.

 

Azərbaycan.- 2022.- 20 avqust.- S.12.