İnsan amili dövlət siyasətində hər zaman prioritetdir

 

İlham Əliyevin mütərəqqi islahatları vətəndaş rifahı məmnunluğuna yönələn uğurlara yol açıb

 

Azərbaycanda əhalinin sosial müdafiəsinin etibarlı təmin edilməsi praktik işdə real təsdiqini tapır. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət qayğısı, imzaladığı fərman sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.

İlham Əliyev bütün dövrlərdə əhalinin sosial müdafiəsinin təşkili daxili siyasətin sosialyönümlüyünü ön planda saxlayıb. Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilir.

Çox önəmli faktdır ki, hər il Prezidentin imzaladığı fərman sərəncamların 65 faizi məhz sosialyönümlü olur.

 

Sosial rifah dövlətinin qurulması

 

Azərbaycanda sosial rifah dövlətinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Son illər Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılmış ümumtəhsil müəssisələrinin, xəstəxanaların digər sosial əhəmiyyətli obyektlərin sayı bir daha Azərbaycanın sosial dövlət kimi mahiyyətini ortaya qoyur.

Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Sosial-iqtisadi sahədə ardıcıl şəkildə islahatlar aparan dövlətlər sırasında daim adı çəkilən Azərbaycanın iqtisadi uğurları sosial sahədə inqilabi islahatların gerçəkləşməsinə real zəmin yaradıb.

Bir tərəfdən düşünülmüş ardıcıl həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları əhalinin, xüsusən şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafəsinin gücləndirilməsini təmin edib. Bütün bunlar ümumilikdə ölkə vətəndaşlarının xoş gələcəyinə hesablanmış qətiyyətli siyasətin təzahürüdür desək, yanılmarıq.

Azərbaycan dövlətinin bugünkü sosial siyasəti əhalinin onun müxtəlif qruplarının həyat səviyyəsinin durmadan yüksəldilməsinə xidmət edir. Bu siyasətin əsas məqsədi isə insan kapitalını formalaşdırmaq inkişaf etdirməkdir. Çünki insan kapitalının səviyyəsi yüksək olan ölkələrdə sosial-iqtisadi islahatlar daha uğurla həyata keçirilir, siyasi şüur mədəniyyət yüksəlir, vətəndaş cəmiyyəti formalaşır insanlar sosialyönümlü dövlətin möhkəmləndirilməsi inkişafı proseslərində yaxından iştirak edirlər. Ona görə insan kapitalının formalaşdırılması üçün insanın sağlamlığı ilkin faktor kimi önə çıxır.

Bütün dövrlərdə qəbul edilmiş dövlət büdcəsinə nəzər saldıqda sosialyönümlü xərclərə əsasən deyə bilərik ki, dövlətin iqtisadi konstitusiyası da hər zaman sosialyönümlü olub.

 

Vətəndaşlar üçün ədalətli əhatəli sosial müdafiə sistemi

 

Prezidentin təsdiq etdiyi yeni sosial-iqtisadi strategiya isə onu deməyə əsas verir ki, qarşıdakı illərdə bu siyasət daha da güclənəcək.

Strategiyanın dinamik, inklüziv sosial ədalətə əsaslanan cəmiyyət üzrə çərçivəsində qeyd edilir ki, ölkədə əməkhaqları artırılacaq hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcək. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqları artırılacaq. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaq.

Özəl sektorda yeni yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaq. Yeni yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaq. Xüsusilə regionlarda kiçik orta sahibkarlığın, eləcə özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı nəzarət tədbirləri gücləndiriləcək, bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6 faizdən artaraq 80 faizə çatdırılacaq.

Sənəddə vurğulanır ki, bütün vətəndaşlar üçün ədalətli əhatəli sosial müdafiə sistemi qurulacaq. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat sosial xidmətlər sistemi inkişaf etdiriləcək. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75-80 faizində saxlanılacaq.

Şəhərlə kənd arasında yaşayış standartlarındakı fərqlər azaldılacaq. Regionların iqtisadi təbii potensialından səmərəli istifadə ediləcək, özəl investisiyaların cəlbi təşviq olunacaq, yeni çağırışlara uyğun regional inkişaf mexanizmləri dövlət tərəfindən dəstəklənəcək. Nəticədə ümumi məhsul buraxılışında regionların xüsusi çəkisi 35 faizdən 42 faizə çatdırılacaq.

Strategiyanın rəqabətli insan kapitalı müasir innovasiyalar məkanı üzrə çərçivəsində isə elmi sahənin inkişafına xüsusi diqqətin ayrılacağı vurğulanır. Qeyd edilir ki, ilk növbədə məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaqdır. Ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılacaq, məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji heyətin idarəetmə heyətinin peşəkarlığı artırılacaq, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılacaq. Nəticədə məktəbəqədər təhsilə cəlb edilmiş 1-5 yaşlıların payı 50 faizə çatdırılacaq.

Ölkədə ümumi təhsildə səriştəəsaslı məzmun tətbiq olunacaq, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqe yaxşılaşdırılacaq. Təhsilverənlərin idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaq. Ümumi təhsildə nəticəyönlü idarəetmə maliyyələşmə sistemi qurulacaq, təmayüllərin inklüziv təhsilin əhatə dairəsi genişləndiriləcək, infrastruktur isə müasirləşdiriləcək.

Peşə təhsilinin əhatə dairəsi keyfiyyəti artırılacaq. Əmək bazarının tələblərinə cavab verən peşə təhsili tətbiq olunacaq, işəgötürənlər peşə təhsili sisteminə inteqrasiya ediləcəklər. Peşə təhsili sistemində maliyyələşmə idarəetmə sistemi təkmilləşdiriləcək, təhsilverənlərin idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaq. Nəticədə peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər çoxalacaq.

Gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq, ali təhsilin keyfiyyəti artırılacaq beynəlxalq rəqabətliliyi təmin olunacaq, rəqabətli maliyyələşmə idarəetmə mexanizmləri yaradılacaq. Nəticədə ali təhsil alan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaq.

Elmin müxtəlif sahələri üzrə tədqiqatlar genişləndiriləcək. Müasir təfəkkürlü kreativ düşüncəli gənclər erkən vaxtlardan elmi araşdırmalara cəlb ediləcək. Elmi tədqiqatların rəqabətli məqsədli maliyyələşdirilməsi mexanizmi yaradılacaq. Beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı 40 faiz artacaq.

Əhalinin davamlı savadlanması üçün "ömür boyu öyrənmək" mexanizmi yaradılacaq. Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə zəruri kvalifikasiyalar əldə etməsinə imkan verəcək. Nəticədə ixtisasartırma üzrə innovativ proqramların məzunların sayı hər il əhəmiyyətli sayda artacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2022.- 21 avqust.- S.1-2.