Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması
qaydası haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 87; 2015, ¹ 8, maddə 910; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə 377, ¹ 10, maddə 1778; 2018, ¹ 10, maddə 2001; 2019, ¹ 5, maddə 857; 2020, ¹ 6, maddə 707; 2021, ¹ 5, maddə 450; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 iyul tarixli 1766 nömrəli və 2 avqust tarixli 1784 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 4.5-2-ci bəndinə "yoxlama başa çatanadək)" sözlərindən sonra ", habelə səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 avqust
2022-ci il
Azərbaycan.- 2022.- 23 avqust.-
S.3.