Baş nazir Əli Əsədov Türkiyənin
vitse-prezidenti Fuat Oktaya başsağlığı verib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Baş nazir Ə.Əsədov
Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat
hadisələri nəticəsində çoxsaylı insan ölümü və
yaralananlar barədə xəbərdən
kədərləndiyini bildirib. Bu ağır faciə ilə əlaqədar
Türkiyənin vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə
və yaxınlarına dərin hüznlə
başsağlığı verib, xəsarət
alanların tezliklə sağalmasını arzulayıb.
Azərbaycan.- 2022.- 23 avqust.- S.4.