Milli Məclisin sədri Sahibə Qafarova
Türkiyədə baş verən nəqliyyat
qəzası ilə bağlı başsağlığı verib
Avqustun 21-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası ilə bağlı tviter hesabında başsağlığı ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sədr Sahibə Qafarova qardaş Türkiyə xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Milli Məclisin sədri həlak olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləklərini çatdırıb.
Azərbaycan.- 2022.- 23 avqust.- S.4.