Baş nazir Əli Əsədov
qırğızıstanlı həmkarına
başsağlığı verib
Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının həlak olmasına və yaralanmasına görə dərindən sarsıldığını bildirib.
Məktubda Qırğızıstan Nazirlər Kabinetinin sədrinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Azərbaycan.- 2022.- 23 avqust.- S.4.