"Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 447, № 12, maddə 1406; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 iyun tarixli 1718 nömrəli Fərmanı) aşağıdakı məzmunda 2.3.4-cü və 2.3.5-ci yarımbəndlər əlavə edilsin:

"2.3.4. idarəetmə xərclərinə;

2.3.5. qanunla müəyyən edilmiş digər istiqamətlərə;".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2022-ci il

 

Azərbaycan.- 2022.- 25 avqust.- S.6.