ADA Universiteti ilə Qazaxıstanın Dövlət İdarəçilik Akademiyası arasında memorandum imzalanıb

 

ADA Universitetində Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Yerlan Abilin iştirakı ilə memorandum imzalanıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, sənədi ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Dövlət İdarəçilik Akademiyasının rektoru Yerlan Abil imzalayıblar.

Memorandum çərçivəsində təhsil, tədqiqat sahəsində birgə əməkdaşlıq hər iki ali təhsil qurumu arasında təcrübə mübadiləsi həyata keçiriləcək. Bu məqsədlə, tərəflər elmi sahədə mütəxəssislərin hazırlanması istiqamətində əlaqələri genişləndirəcək, birgə tədqiqat layihələri hazırlayacaq əhəmiyyət kəsb edən mövzular üzrə forum, simpozium, konfrans ekspert görüşləri keçirəcək.

İmzalanma mərasimində çıxış edən rektor Hafiz Paşayev Mərkəzi Asiya regionunda yerləşən ölkələrlə bağlı araşdırmaların aparılmasının vacibliyinə toxunaraq, istər tələbə, istərsə ekspertlər səviyyəsində təşkil edilən mübadilə proqramlarının bu işdə öz faydasını verəcəyini bildirib. Əlavə edilib ki, doktorantura səviyyəsi üzrə təhsil alan gənclərin bu proqramlar vasitəsilə Azərbaycana Qazaxıstana qarşılıqlı səfərləri hər iki ölkə arasında akademik əlaqələri genişləndirəcək.

Rektor Yerlan Abil vurğulayıb ki, ADA Universiteti ilə əməkdaşlıq xüsusilə ictimai sektorda fəaliyyət göstərən qazaxıstanlı gənc peşəkarların inkişafını sürətləndirəcək.

ADA Universitetinin prorektoru Universitetin nəzdində təsis edilən İnkişaf Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə diqqətə çatdırıb ki, bu gün imzalanan sənəd çərçivəsində Mərkəzi Asiya ölkələri üçün aktual sayılan mövzular üzrə tədqiqat layihələri həyata keçiriləcək.

Qeyd edək ki, Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ADA Universitetinin sözügedən ölkədə yerləşən sayca beşinci akademik tərəfdaşıdır. Hazırda ADA Universitetində Qazaxıstanı təmsil edən 30-dək tələbə təhsil alır.

 

Azərbaycan.- 2022.- 25 avqust.- S.7.