Laçın 30 ildən sonra ermənilərdən tam boşaldıldı

 

Vətən müharibəsində qazanılan zəfərdən sonra erməni işğalından azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq və bərpa işləri, habelə bölgədəki şəhər və kəndlərin mərhələli şəkildə erməni separatçılarından təmizlənməsi hər kəsdə qürur  doğurur. Bu sıradan olan xoş xəbərlər arasında bu günlərdə Laçın rayonunun 30 ildən sonra ermənilərdən azad edilməsi də var. Bu, ölkə ictimaiyyətində, xüsusən də laçınlılarda xoş ovqat yaradıb.

 Təxminən 1 il 9 ay bundan əvvəl Ermənistan silahlı quldur birləşmələri 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarından qovulsalar da, dağda-dərədə, meşədə, kənddə, rayonda qalanları da oldu. O sıradan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Laçında da.

Dövlət başçısının uğurlu diplomatiyası nəticəsində Laçın şəhərində, ZabuxSus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması ilə bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaranıb.

"Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq "Qaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq". Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində öz əksini tapan bu fikirlər ölkə ictimaiyyətində növbəti qayıdış sevinci və güvən hissi yaradıb. Avqustun 13-də bununla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad olunmuş Laçın şəhərinə, eləcə də rayonun ZabuxSus kəndlərinə yerli  sakinlərin qayıdışının təşkili ilə əlaqədar müşavirə də keçirilib. Dövlət başçısının bu açıqlamasından sonra Laçından, Zabuxdan, Susdanrayonun digər ərazilərindən olan insanlar tamam başqa ovqatdadırlar, sevincdən, necə deyərlər, özlərinə yer tapmırlar. Bu sevincə çalar qatan həm də  Laçından, Zabuxdan, Susdan ermənilərin köçünün sona yetməsidir. Xatırladaq ki, ZabuxSus kəndləri Laçın şəhərinin mərkəzinə yaxın məsafədə yerləşir. Zabux inzibati ərazi vahidi kimi 4 kəndi - Zabux, Sus, Qızılca və Bəylik kəndlərini özündə birləşdirir. Vaxtilə bu kəndlərin heç birində erməni əhalisi yaşamayıb. Bu ərazilər 1992-ci ildə Ermənistan silahlı quldur birləşmələri tərəfindən işğal olunandan sonra Suriyadan, Livandan köçürülən ermənilər üçün yeni evlər tikilmiş, burada qanunsuz məskunlaşdırılma aparılmışdır. Bu isə hərbi cinayətdir, qanunsuz məskunlaşma Cenevrə  konvensiyalarının ciddi şəkildə pozulması ilə bərabər, Ermənistan üçün beynəlxalq hüquq məsuliyyəti  yaradır.

10 noyabr 2020-ci il Bəyanatından sonra bu kəndlərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi səbəbilə artıq orada qanunsuz məskunlaşdırılan ermənilərin köçünə neçə vaxtdır start verilib. Bununla da BMT, digər beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən Azərbaycan Respublikası ərazisi kimi tanınan Laçın şəhəri, ZabuxSus kəndləri on illərlə davam edən işğal müddətində qanunsuz məskunlaşdırılan erməni faşizmindən azad olunub. İşğal dövründə kənddəki ermənilərin qondarma "meri" olmuş Mixtar Nersesyan KİV-ə açıqlamasında bildirib ki, 2020-ci il savaşından sonra Susda qalan 11 ailənin hamısı artıq kəndi tərk edib. Yalnız bir tənha qadın qalıb ki, o da Qarabağda yaşamaq arzusunda olduğunu ifadə edib.

Bu prosesdə də erməni xisləti özünü  göstərdi. Təhlükəsizliklərinə Azərbaycan hökuməti tərəfindən hər cür şərait yaradılmasına baxmayaraq, onlar köçdükləri evi yandırır, ağacları kəsir, qaz, işıq və su xətlərini darmadağın edir, meşələrə, otlaqlara od vururlar.  Susun qondarma "icma başçısı" açıqlamasında onu da təsdiqləyib ki, "türklər orada yaşaya bilməsin" deyə, bütün binaları mümkün qədər uçuraraq yaşayış üçün yararsız vəziyyətə salıblar...

Göründüyü kimi, dünya ictimaiyyətinin gözü qarşısında ermənilərin Laçın və ətraf kəndlərdə törətdikləri yanğınlar, həyata keçirdikləri talan və dağıntılar hər şeydən öncə əsl erməni simasını və nadanlığını ortaya qoyur.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun ZabuxSus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt vermişdi. Ermənilər bu tələb qarşısında Laçını, ZabuxuSusu tərk etməli olublar. Son məlumatlara görə, Laçın, Zabux, Sus tamamilə ermənilərdən azad edilib. Artıq laçınlılar köç əhvali-ruhiyyəsinə kökləniblər, çoxları ev əşyasını, yorğan-döşəyini, necə deyərlər, çəkidə yüngül, qiymətdə ağır nə varsa hazırlayıb "Laçına gedirik" kəlməsini gözləyirlər. Bu ovqatla laçınlılar kütləvi informasiya vasitələrinə, habelə internet saytlarına üz tutaraq bu sevinci hər kəslə bölüşmək, heç vaxt xəyallarına belə gətirə bilməyəcəkləri bu xəbəri reallığa çevirənlərə minnətdarlıqlarını bildirmək üçün  müsahibələr verir, bundan da ürəkləri soyumayanda aidiyyəti qurumlara rəsmi məktub yazıb, teleqram vururlar. İstər poçt, istərsə də internet vasitəsilə "Azərbaycan" qəzetinə ünvanlanan bu qəbildən olan teleqram və müraciətlərin sayı onlarcadır. Laçın rayon Zabux kənd sakini Əliyev Allahverdi Əşrəf oğlu doğma yurdlarının işğaldan azad olunmasına görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə bütün laçınlıların istəyinə rəğmən minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. O qeyd edib ki, Zabuxa qayıtdıqdan sonra qurub-yaradacaqlar, əvvəlkindən də yaxşı yaşayacaqlar.

Görünən odur ki, Azərbaycanın gücü, əzmi və qətiyyəti sayəsində üçtərəfli Bəyanatın müddəaları mərhələli şəkildə icra edilir. Məhz bu qarşısıalınmaz gücə duruş gətirə bilməyən ermənilər Laçını, ZabuxSusu tərk etməyə məcbur ediliblər. Bununla da ermənilər bir daha anladılar ki, biz tarixi torpaqlarımıza qayıdacağıq, özü də hər bir guşəsinə. 30 ildən sonra reallaşan bu qayıdış yaddaşlara əbədilik yazılacaq və əsrlər sonra doğulacaq körpələr bu böyük Qayıdışdan qürur və fəxarətlə söhbət açacaqlar. İnşallah, bu köç davamlı olacaq və yaxın zamanlarda Laçın rayonunun digər kəndlərindən olan sakinlər də öz doğma yurdlarına,  evlərinə qayıtmağın sevincini yaşayacaqlar.

 

Rəhman SALMANLI

 

Azərbaycan. - 2022.- 25 avqust.- S.8.