BTC bütün regiona xeyir-bərəkət gətirir

 

Belə qlobal layihələrdən kənarda qalması Ermənistanın iqtisadiyyatına böyük zərbədir

 

Bu ilin birinci yarısında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft  kəməri ilə təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neftkondensat ixrac olunub. Kəmərin daşıdığı neftlə Ceyhan terminalında 148  tanker yüklənib və  dünya bazarlarına yola salınıb.

BTC-nin yaşı çox olmasa da, salnaməsi bir çox uğurlarla, əlamətdar hadisələrlə zəngindir. Bunlardan biricari il martın 23-də kəmərin  Səngəçal terminalından başlayaraq Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçirməklə Ceyhan terminalına ixrac etdiyi neftin vurulduğu  5000-ci tankerin  yola salınması olub.

2006-cı ilin ortalarında istismara veriləndən bu ilin ikinci rübünün sonunadək BTC ümumilikdə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edibbu həcm  Ceyhanda 5087 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neftkondensat  həcmləri də nəql olunur.

Beş il əvvəl - 2017-ci il sentyabrın 17-də AÇG üzrə yeni, vaxtı uzadılmış saziş imzalanarkən Prezident İlham Əliyev demişdir: "Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır".

İndi Azərbaycanda qeyri-neft sektoru getdikcə şaxələnməkdədir. Kənd təsərrüfatında, eləcə də digər sahələrdə nəzərəçarpan irəliləyişlər əldə olunub. Onların da əsasında neftdən əldə olunan gəlirlər dayanır.

Əlbəttə, ötən beş ildə sözügedən obyektlərin sayı daha da artmış, sosial-iqtisadi infrastruktur xeyli genişlənmişdir. Ən başlıcası, biz təxminən iki il əvvəl 30 ilə yaxındır torpaqlarımızı işğal altında saxlayan, onlara sahib çıxmağa can atan  düşmənin, Prezidentimizin dediyi kimi, belini qırmışıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü Azərbaycan Ordusu düşməni məğlub edib. 

Dövlətimizin başçısı  ordu quruculuğuna daim önəm verdiyini vurğulayarkən  belə deyib: "Bizim vəsaitlərimiz olmasaydı, bunları haradan alacaqdıq. Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".

Azərbaycanın nəhəng neft-qazixrac layihələri ölkə iqtisadiyyatının bel sütununu təşkil edərək digər vacib sahələrin inkişafına, xalqın maddi  rifah halının getdikcə yüksəlməsinə xidmət edir. Konkret olaraq BTC bu gün təkcə Azərbaycana deyil, bütün regiona xeyir-bərəkət gətirir. Birbaşa gəlirlərindən əlavə, bu layihənin sosial proqramları var ki, onlar da xəttin keçdiyi üç ölkədə iqtisadiyyatın və digər sahələrin davamlı inkişafına dəstək verir. Bu sosial investisiya layihələri həyatanə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

BTC kimi mühüm bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına böyük zərbədir. Məlumdur ki, Ermənistan digər regional  neft-qaz və nəqliyyat layihələrindən də kənarda qalıb. Əgər vaxtında işğalçılıq siyasətindən əl çəksə, başı vandalizmə, başqasının ata-baba torpağını zəbt etməyə qarışmasaydı, indi o da bu kəmərdən və digər layihələrimizdən bəhrələnərdi. Elə bu günün özündə görünür ki, Ermənistan ağılsızlıq ucbatından bütün yaxşı işlərə kənardan, düşdüyü iqtisadi dalandan seyrçi kimi baxmağa  vərdişlidir...

Regionalqlobal layihələrdən kənarda qalması Ermənistanın iqtisadiyyatına həmişə böyük zərbə vurubvuracaq.

Bir daha vurğulayaq ki, Azərbaycan mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Ölkəmiz bir çox qlobal layihələrin təşəbbüskarıdır və onları həmin əməkdaşlıq və tərəfdaşlıq şəraitində uğurla həyata keçirir. Yeri gəlmişkən, elə BTC-nin özündə 11 dünyaşöhrətli şirkət tərəfdaşlıq edir. Bunlar bp (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.

Məhz AÇG-dən, BTC-dən başlayaraq Azərbaycan dövləti etibarlı tərəfdaş olduğunu bütün dünyaya təsdiq edib. Odur ki, indibizim ən müxtəlif layihələrimizə, o cümlədən bu gün çox aktual olan "yaşıl enerji" layihələrinə maraq göstərən şirkətlər, həm də böyük səriştəsi olan, dünyada tanınan şirkətlər çoxdur. Ermənistanın isə... nə layihələri var, nə də tərəfdaşları.  

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-26 avqust.- S.19.