Pakistan İslam Respublikasının
Prezidenti Zati-aliləri
cənab Arif Alviyə
Hörmətli cənab
Prezident,
Ölkənizdə baş vermiş şiddətli yağışlar
və daşqınlar
nəticəsində çoxsaylı
insan tələfatı
və irimiqyaslı dağıntılar barədə
xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxınlarına,
qardaş Pakistan xalqına
öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananlara şəfa
diləyir, təbii fəlakətin nəticələrinin
tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət
eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 avqust
2022-ci il
Azərbaycan.- 2022.- 28 avqust.- S.1.