Baş nazir Əli Əsədov
Pakistanın Baş naziri
Şahbaz Şərifə
başsağlığı verib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Baş naziri Şahbaz Şərifə başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Pakistanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, faciə nəticəsində yaralananlara şəfa dilənib.
Azərbaycan.- 2022.- 28 avqust.- S.2.