Qüdrətimiz, sərvətimiz

 

 

Sərsəng Su Anbarının işə düşməsi ilə 100 min hektara yaxın torpaq sahəmizin suvarılma tələbatı tam ödəniləcək

 

 

 

İkinci Qarabağ müharibəsindəki şanlı zəfərimizdən sonra bütün dünyaya bəlli oldu ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində ölkəmizin iqtisadiyyatına, təbii sərvətlərinə də ciddi ziyan vurulmuşdu.

Düşmənin təcavüzkar hərəkəti işğal edilmiş ərazilərdə təbii resurslardan vəhşicəsinə istifadə edilməsi, transsərhəd çayların qəsdən çirkləndirilməsi, yüz minlərlə əhalinin içməli sudan məhrum edilməsi, münbit torpaqların eroziyası, susuzlaşması və səhralaşması ilə nəticələnmişdi. Elə götürək Sərsəng Su Anbarını. Onun 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 kilometrlik kollektordrenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su-elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon kubmetrlik olan 8 su anbarı işğala məruz qalmışdı.

44 günlük Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan dövləti heç kimdən yardım almadan, yalnız öz iqtisadi qüdrəti hesabına Qarabağ və Şərqi Zəngəzurdakı mühüm strateji obyektlərin bərpa-quruculuq prosesini həyata keçirir. Bu obyektlərdən biriböyük ərazilərin suvarılma prosesində mühüm rol oynayan Sərsəng Su Anbarıdır. Tezliklə Qarabağ iqtisadi rayonunun bu strateji obyektinin istifadəsinə başlanılacaq. Bununla da 100 min hektara yaxın sahənin suvarma suyuna olan tələbatı tam ödəniləcək.

 

 

 

46 il öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən su anbarı

 

 

 

Qarabağ iqtisadi rayonunun mühüm strateji əhəmiyyətə malik olan Sərsəng Su Anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng Su Anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su-elektrik stansiyası tikilib.

Birinci Qarabağ müharibəsinədək Qarabağın ən iri su hövzəsi olan Sərsəng Su Anbarı vasitəsilə 96 000 hektar ərazi (6 rayon - Bərdə, Tərtər, Ağdam, Ağcabədi, YevlaxGoranboy) suvarılırdı. İşğaldan sonra Ermənistan tərəfindən 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəzolunmaz zərər vurdu. Bu azmış kimi mənfur ermənilərin su anbarına və onun qurğularına işğal altında qaldığı müddətdə texniki xidmət göstərmədikləri üçün qəzalı  vəziyyətə düşmüşdü. Bu səbəbdən Sərsəng Su Anbarının aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaranmışdı.

Demək olar ki, Sərsəng Su Anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunurdu. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali daim təhlükə altında idi.

Bundan əlavə, su anbarının işğalından sonra ermənilər illik su sərfinin 85-90 faizini su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırdılar. Su sərfinin daha çox tələb olunduğu yay aylarında isə illik su normasının 10-15 faizi buraxılırdı. Bunun nəticəsində əkin sahələrinin suvarılması qeyri-mümkün olurdu. Nəticədə isə kənd təsərrüfatına xeyli ziyan dəyir, yaşıllıqlar susuzluq səbəbindən məhv olur, bölgədə ciddi ekoloji gərginlik yaranırdı.

Lakin İkinci Qarabağ müharibəsində ərazimizin işğaldan azad olunması Sərsəng  Su Anbarından yenidən istifadə üçün real zəmin yaratdı və Azərbaycan dövləti məqsədəuyğun tədbirlər gördü.

Azərbaycan Ordusu tərəfindən Suqovuşan azad olunduqdan sonra Suqovuşan Su Anbarından suyun buraxılmasına nail olundu. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, GoranboyYevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunması üçün mühüm addımlar atılır.

 

 

 

Su anbarına baxış keçirilib

 

 

 

Sərsəng Su Anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş bütün ərazilərdə mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, yeni su mənbələrinin yaradılması, dağıdılmış infrastruktur obyektlərinin bərpası istiqamətində mühüm işlər həyata keçirilir.

Bir neçə gün öncə "Azərbaycan MeliorasiyaSu Təsərrüfatı" ASC-nin nümayəndələri Sərsəngdəki yerli mütəxəssislərin iştirakı ilə su anbarına baxış keçirib. Məqsəd Sərsəng Su Anbarında texniki monitorinqin aparılıması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq olub.

Görüşdə əsasən iki məsələ - su bölgüsünün aparılması və Sərsəng Su Anbarının alt suvarma ərazisində olan rayonlara su verilməsinin bərpası müzakirə olunub. Görüş və danışıqlar qarşılıqlı anlaşmakonstruktiv şəraitdə baş tutub. Həmçinin belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb.

Qərara gəlinib ki, suyun verilməsi qrafik əsasında reallaşacaq. Burada prioritet ilk növbədə suvarmadır. Energetika məsələləri öz həllini tapacaq.

Əminliklə deyə bilərik ki, işğaldan azad edilən ərazilərin bərpası üçün Azərbaycan lazımi təcrübəyə iqtisadi potensiala malikdir. Artıq Azərbaycanın özünün təbii su resurslarına çıxış  imkanları da genişlənir. Bu həm Sərsəng Su Anbarı, Suqovuşan Xudafərin bəndinə aiddir. Bütün bunlar isə aqrar sektorda olan suvarma problemlərinin həllində kifayət qədər ciddi rol oynayacaq.

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 28 avqust.- S. 4.