Türk Dövlətləri Təşkilatı Laçının tam olaraq Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı bəyanat yayıb

 

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, ZabuxSus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin imzası ilə yayılan bəyanatda deyilir: “TDT Katibliyi 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın icra prosesinin davamı kimi Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, ZabuxSus kəndlərinin nəzarətə götürülməsini məmnuniyyətlə qarşılayıb.

Təşkilat qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonra apardığı bərpa-yenidənqurma səylərinə töhfə verməyə hazır olduğunu bildirir. TDT Cənubi Qafqazda sülh və sabitliyə, eləcə də məcburi köçkünlərin azad edilmiş torpaqlarına qayıtmasına xidmət edəcək diplomatik səylərin vacibliyinə diqqət çəkərək Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.

 

Azərbaycan.- 2022.- 28 avqust.- S.5.