Azərbaycan Ordusunun Laçın
şəhərinə daxil olması Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir
Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması və şəhərdə Azərbaycan Bayrağının ucaldılması Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın interpressnews.ge, gaxa.ge, aktual.ge, kavkasia.net, 24news.ge, aktual.ge portallarında silsilə materiallar dərc edilib.
Azərbaycan, gürcü, ingilis və rus dillərində olan materiallarda oxuculara Azərbaycan Ordusunun bölmələrinin Laçına daxil olması və Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması, eləcə də Azərbaycan Prezidentinin bununla əlaqədar söylədiyi fikirlər barədə ətraflı məlumatlar çatdırılıb.
Materiallarda
Laçın rayonunun tam
Azərbaycan Ordusunun nəzarətinə keçdiyi xüsusi qeyd olunur.
Azərbaycan.- 2022.- 28 avqust.- S.5.