İstanbulda Laçının tam olaraq Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı tədbir təşkil edilib

 

Avqustun 27-də İstanbulda Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutan tədbirdə mediaya açıqlama verilib.

İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu tərəfindən verilən açıqlamada Azərbaycanın 44 gün davam edən Vətən müharibəsindən sonra 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın ən önəmli məqamlarından birinin də Laçının tam olaraq Azərbaycanın nəzarətinə keçməsi olduğu bildirilib.

Azərbaycanın dillərə dastan olan şanlı Qarabağ Zəfərindən sonra digər torpaqlarla bərabər Laçının da öz sahiblərinə qaytarılmasının böyük tarixi hadisə olduğunu vurğulayan dərnək rəhbəri bunun həm də türk tarixinin ən şanlı səhifələrindən biri olduğunu deyib.

Səfər Qaraqoyunlu bunun bütün türk dünyası üçün bir bayram olduğunu bildirib.

 

Azərbaycan.- 2022.- 28 avqust.- S.5.