Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "İnzibati
xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 200, ¹ 6, maddə 1105, ¹ 9, maddə 1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr 415, 419, 429, ¹ 5, maddələr 915, 927, ¹ 7 (I kitab), maddə 1481, ¹ 8, maddə 1698, ¹ 11, maddələr 2242, 2289, ¹ 12 (I kitab), maddələr 2566, 2597; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 213, ¹ 3, maddə 426, ¹ 4, maddələr 620, 630, 649, ¹ 5, maddələr 819, 862; 2020, ¹ 3, maddələr 238, 240, ¹ 4, maddə 404, ¹ 7, maddələr 864, 885, ¹ 8, maddə 1041, ¹ 9, maddə 1153; 2021, ¹ 6 (I kitab), maddə 566, ¹ 7, maddələr 724, 728, ¹ 12, maddələr 1407, 1423; 2022, ¹ 4, maddələr 313, 323) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci, 2.5-ci və 2.9-cu bəndlərə "252" rəqəmlərindən əvvəl "244-1," rəqəmləri əlavə edilsin.
2. 4.1-ci bəndə "212.2," rəqəmlərindən sonra "244-1," rəqəmləri əlavə edilsin.
3.4.3-cü bənddən "212.2 (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda)," sözləri çıxarılsın və həmin bəndə "536-cı maddələrində" sözlərindən sonra ", habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 212.2 və 244-1-ci maddələrində" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 30 avqust.-
S.2.