BMT-də “Əlquds Alarabi” bürosunun rəhbəri: “Ermənilər
təkcə insanları öldürməyib, həm də
tarixə qarşı soyqırımı ediblər”
Qarabağda baş verənləri hər zaman yaxından görmək istəmişdim. Eşidirdik ki, ermənilər burada təkcə insanları yox, həm də tarixi öldürüb, tarixə qarşı soyqırımı ediblər. Gəldik, bunları gözlərimizlə gördük.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda jurnalistlərə müsahibəsində BMT-də “Əlquds Alarabi” bürosunun rəhbəri, Rutgers Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin professoru, Əl-Cəzirə, BBC, DW, “France 24” və digər media qurumlarının şərhçisi Abdelhamid Siyam deyib.
O, təkcə evlərin deyil, məscid və tarixi abidələrin də erməni vandalizminə məruz qaldığını bildirib: “Görünən odur ki, erməni vandalizmi sərhəd tanımır. Buradakı vəziyyəti ifadə etməyə söz tapa bilmirəm. Ermənilər bilirdilər ki, buranı tərk edəcəklər, ona görə heç bir tikinti işi aparmayıblar, ancaq dağıdıblar”.
Abdelhamid
Siyam BMT-də akkreditə olunan
xarici KİV nümayəndələrinin Ağdama səfərini yüksək qiymətləndirərək
deyib: “Biz, sadəcə,
Amerikada fəaliyyət göstərən
jurnalist deyilik. Eyni zamanda, BMT-də fəaliyyət
göstəririk. BMT jurnalistlərinin burada
baş verənləri görməsi
lazımdır. Çünki Qarabağ mövzusu
aktualdır. Sadəcə, Azərbaycanın problemi
deyil, dünyanın müzakirə mövzusudur. Bizim
bunları görüb, həqiqəti bilməyimiz
xüsusi əhəmiyyət
daşıyır”.
Azərbaycan.- 2022.- 30 avqust.- S.2.