Brüssel gündəliyini İlham Əliyev
müəyyənləşdirir
Azərbaycan Prezidenti bu dəfə də sülh
danışıqları üçün
Belçikaya aydın tezislərlə gedir
Brüsseldə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının növbəti dördüncü məhrələsi reallaşacaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək görüşdə İlham Əliyevlə N.Paşinyan baş verən proseslər və götürülən öhdəliklərin icra prosesi ilə bağlı danışıqlar aparacaqlar.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi bu görüşdə tərəflər arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkil edilməsində razılaşmanın əldə olunacağına ümid edir. Daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladan Prezidentin köməkçisi onu da deyib ki, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri də bu həftə Moskvada görüşəcəklər. Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər.
Azərbaycan öhdəliyini vaxtından əvvəl
yerinə yetirir
Müharibədən sonra yaranmış reallıq göz önündədir - qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni edir, 10 noyabr Bəyanatına əsasən üzərinə düşən öhdəlikləri hətta vaxtından əvvəl yerinə yetirir. Buna sübut kimi, 3 ilə tikilməsi nəzərdə tutulan yeni Laçın yolunun ilyarıma hazır olmasını göstərmək yetərlidir.
İlham Əliyev Vətən müharibəsində əldə edilən zəfərdən sonra da bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan Cənubi Qafqazda dayanıqlı sabitliyin bərqərar olması üçün addımlar atır. Lakin sülh sazişinin imzalanması hər iki tərəf üçün prioritet olsa da, məğlub ölkənin yeni iddiası səbəbindən proses yubanır. Brüssel görüşlərindən sonra məsələnin tezliklə həll olunacağı ehtimal edilsə də, Ermənistanda baş verən proseslər tam fərqli mənzərə yaradır.
Sülh danışıqlarına gəlincə isə, deyə bilərik ki, ötən il Avropa İttifaqı Şurasının təşəbbüsü ilə başlanan bu prosesdə müəyyən irəliləyişlər olub. Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə ilk görüş 2021-ci il dekabr ayının 14-də keçirilib. Bu görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi həmin vaxt geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirilib ki, dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
İkinci görüş isə bu ilin aprel
ayının 6-da reallaşdı. Birmənalı şəkildə vurğulanmalıdır
ki, bu görüşlər
və danışıqlar
İlham Əliyevin postmünaqişə dövründə
Brüssel sülh gündəliyinin tərkib
hissəsi hesab olunur. Bu danışıqlardan
sonra Şarl Mişel bəyanat səsləndirərək deyib
ki, konkret məsələlərlə bağlı
artıq lazımi razılaşmalar əldə
olunub. Bunlardan birincisi Ermənistanla
Azərbaycan arasında
sərhədlərin delimitasiyası
və demarkasiyası ilə bağlıdır.
İkitərəfli sərhədlərin
delimitasiyası və
demarkasiyasının vacibliyini
vurğulayan Aİ Prezidenti
bu məqsədlə
26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq, aprel ayının sonunadək birgə sərhəd komissiyasının
təşkil edilməsinin
razılaşdırıldığını
qeyd etdi. Birgə sərhəd komissiyasının
mandatına Ermənistan
və Azərbaycan arasında ikitərəfli
sərhədin delimitasiyası,
sərhəd xətti
boyunca və onun yaxınlığında
sabit təhlükəsizlik
vəziyyətinin təmin
edilməsi daxil idi.
Ermənistan sülh sazişini imzalamaqdan niyə yayınır?
Brüsseldə sülh danışıqlarının
üçüncü mərhələsi
mayın 22-də reallaşdı. Bu görüşdən
sonra Şarl Mişel mətbuata açıqlama verdi.
Müzakirələrin səmimi və
məhsuldar olduğunu,
bütün məsələlərin
nəzərdən keçirildiyini
deyən diölomat vurğuladı ki, humanitar məsələlər,
o cümlədən minaların
təmizlənməsi və
saxlanılanların azad
edilməsi ilə bağlı səylərlə
əlaqədar ətraflı
müzakirə aparılıb
və itkin düşmüş insanların
taleyinə toxunulub.
Tərəflər razılığa gəliblər ki, sərhəd məsələləri
ilə bağlı sərhəd komissiyalarının
birinci birgə iclası dövlətlərarası
sərhəddə yaxın
günlərdə baş
tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə
toxunulacaq. Kommunikasiya ilə
əlaqədar liderlər
nəqliyyat əlaqələrinin
açılması istiqamətində
işlərin davam etdirilməsi zərurəti
üzərində razılığa
gəliblər. Onlar Azərbaycanın
qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın
müxtəlif hissələri
arasında tranzitləri,
habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq
nəqliyyat daşımalarını
tənzimləyəcək prinsiplər
üzərində razılıq
əldə ediblər.
Onlar xüsusilə beynəlxalq
daşımalar kontekstində
sərhəd idarəetmə
prinsipləri, təhlükəsizlik,
eləcə də gömrük rüsumları
və qaydaları barədə razılığa
gəliblər və yaxın günlərdə
baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.
Sülh sazişinə gəlincə,
liderlər Ermənistan
ilə Azərbaycan arasında dövlətlərarası
münasibətləri tənzimləyən
gələcək sülh
müqaviləsinə dair
müzakirəni davam etdirmək barədə də razılığa gəliblər.
Əlavə edək
ki, bu görüşdən
öncə Nikol Paşinyan açıq şəkildə Qarabağın
Azərbaycan torpağı
olduğunu xalqına bəyan etməklə yanaşı, İlham Əliyevin irəli sürdüyü 5 prinsipdən
ibarət təklifini də qəbul etdiyini bildirmişdi. Sonra sərhədlərin delimitasiyasına
başlanılması üzrə
işçi qrupu da yaradılmışdı.
May ayında Azərbaycan-Ermənistan
sərhəd komissiyasının
birinci birgə iclası baş tutmuş və hər iki tərəfin
nümayəndələrinin sərhəddə görüşməsi
rəmzi xarakter daşımışdı. Bu, əlbəttə ki, prosesdə irəliləyişin olacağına
dair mühüm mesaj idi. Lakin Ermənistanın son günlər
mövcud olmayan "Dağlıq Qarabağ"a
əsassız status iddiası,
təxribatlar törətməsi
demək olar ki, həllini tapmış prosesə əngəl yaradır.
Rəsmi
Bakı haqlı olaraq bəyan edir ki, məğlub
ölkə belə sərsəm iddialarla çıxış etməklə
yalnız özünə
ziyan vurur.
Bu azmış
kimi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
Azərbaycan torpaqlarında
gizlənən separatçıların
təxribatçı əməlləri
səngimir. Növbəti belə təxribat nəticəsində isə
Azərbaycan Ordusu
bir hərbçisini itirdi. Əsgərimizin şəhid olması
isə "Qisas" əməliyyatının başlanması
zərurətini yaratdı.
Zəfərin "Qisası" yenə də Ermənistan üçün
acınacaqlı oldu.
Bundan sonra İlham Əliyev Laçın şəhəri
və Zabux, Sus kəndlərində yaşayan ermənilərə
Azərbaycan torpaqlarını
tərk etmələri
üçün avqustun
25-dək vaxt verdi. Ermənilər başa düşdülər
ki, Azərbaycan Prezidentinin xəbərdarlıqlarına
əməl etməsələr,
nəticə ağır
olacaq. Ona görə də ermənilər deyilən vaxtda Laçın şəhərini və iki kəndi boşaltdılar, Azərbaycan
Ordusu ərazini nəzarətə götürdü,
30 ildən sonra Laçın şəhərində
Azərbaycan bayrağı
dalğalandı.
Sülh müqaviləsi,
sərhədlərin delimitasiyası,
nəqliyyat məsələləri...
İndi Brüsseldə keçiriləcək
gördüncü görüş
məhz bu ərəfəyə təsadüf
edir. İlham Əliyev bu
görüşə də
qalib komandan kimi yollanır. Eyni zamanda Azərbaycan Prezidenti Belçikaya aydın tezislərlə gedir.
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevin sözlərinə
görə, indiki halda gündəlikdə duran əsas məsələlər sülh
müqaviləsi, sərhədlərin
delimitasiyası, nəqliyyat
məsələləri, həmçinin
itkin düşmüş
şəxslər və
minalar problemləridir.
Bunlara da ilk növbədə Ermənistan tərəfi cavab verməlidir.
Hikmət Hacıyev
onu da vurğulayıb
ki, Laçın şəhərinin mərkəzinin
Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
nəzarətə götürülməsi,
Zabux və Sus kəndlərində hərbçilərimizin yerləşməsi
və bu ərazilərin ölkəmizin
tam nəzarətinə keçməsi
bir daha Prezident İlham Əliyevin nəyi nə zaman və necə
edəcəyini yaxşı
bildiyini təsdiqləyir.
Azərbaycan Prezidenti siyasi,
diplomatik, hərbi imkanlardan və ölkəmizin digər resurslarından istifadə
edərək xalqımızı
bu hədəflərə
çatdırır.
Bir sözlə, dördüncü
Brüssel danışıqlarında
da İlham Əliyev bir daha Azərbaycanın sülh sazişinin imzalanma prosesinə hazır olduğunu, ölkəmizin üzərinə
düşən bütün
öhdəlikləri vaxtında
yerinə yetirdiyini bəyan edəcək. Dünya bir
daha məğlub Ermənistanın köhnə
ənənələrinə sadiq qaldığına şahidlik etmiş olacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 30 avqust.- S.1; 3.