İrpendə hərbi əməliyyatlar zamanı ziyan görmüş akademik Zərifə Əliyeva adına 12
nömrəli orta məktəbin təmiri
başa çatmaq
üzrədir
Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən 12 nömrəli orta məktəbin əsaslı təmiri başa çatmaq üzrədir.
Bu barədə AZƏRTAC-a Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin direktoru Valentina Antonenko məlumat verib.
Direktorun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbin təmirini üzərinə götürərək müvafiq işləri yeni tədris ilinə kimi çatdıracaq.
“Müharibə zamanı da Azərbaycan dövlətindən səmimi dostluq münasibəti gördük. Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm ki, müharibə zamanı ciddi ziyan görən məktəbin təmirinə göstəriş verib. “SOCAR Energy Ukraine” şirkəti, Azərbaycanın Ukraynadakı səfirliyi bu işə yaxından dəstək verib. Azərbaycandakı dostlarımızın çətin gündə kömək edəcəklərinə inanırdım”, - deyə Valentina Antonenko əlavə edib.
Təmir işləri
zamanı orta məktəbin dam örtüyü tamamilə
yenilənib, bir sıra sinif
otaqları təmir edilib, pəncərə
çərçivələri dəyişdirilib, kosmetik işləri həyata keçirilib.
Azərbaycan.-
2022.-30 avqust.- S. 4.