Azərbaycan ilə
Moldova arasında münasibətlər
bu gün uğurla inkişaf edir
Hörmətli xanım
Prezident,
Moldova Respublikasının
milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və Sizin
simanızda bütün
xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Diplomatik əlaqələrin qurulmasının
30-cu ildönümünü qeyd edən Azərbaycan ilə Moldova arasındakı münasibətlər
bu gün uğurla inkişaf edir. Ötən dövr ərzində
siyasi dialoqumuz və müxtəlif sahələrdə əməkdaşlığımız
genişlənmiş, xalqlarımız
arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir.
İnanıram ki, ölkələrimiz arasında ənənəvi
dostluq əlaqələri,
qarşılıqlı faydalı
əməkdaşlığımız bundan sonra da
xalqlarımızın mənafelərinə
uyğun olaraq birgə səylərimizlə
daha da möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir,
dost Moldova xalqına daim
əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 27 avqust.-
S.1.