Xəzər ölkələrimizi ayıran dənizdən xalqlarımızı birləşdirən əməkdaşlıq körpüsünə çevrilir

 

Postsovet məkanında yeni güclər və dövlətlər arasında yeni iqtisadi münasibətlər və fərqli diplomatik əlaqələr formalaşır.

Bu zaman isə ən maraqlısı odur ki, indi dünyanın məşhur politoloqları keçmiş Sovet İttifaqından ayrılıb  formalaşan dövlətlərdə əvvəlki liderlərdən ciddi dərəcədə fərqlənən yeni düşüncə tərzinə və təfəkkürə, daha cəsarətli siyasidiplomatik gedişlərə malik unikal siyasi liderlərin yetişdiyini qeyd edirlər.

Bu baxımdan həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  keçmış ittifaqın şinelindən çıxan siyasi xadimlərə qətiyyən bənzəmirlər. Onların hər ikisi qürur doğuran yeni təfəkkürlü siyasi xadimlərdir.

Biz həm İlham Əliyevin, həm də Kasım-Jomart Tokayevin gərgin siyasi vəziyyətlərdə uğurlu və cəsarətli diplomatik gedişlərinin dəfələrlə şahidi olmuşuq.

Dünya ildırımsürəti ilə elə dəyişir ki, bəzən siyasi vektorların təsir gücünü  və istiqamətini zamanında və düzgün təyin etmək asan olmur. Biz onun şahidiyik ki, müasir dünyada güc mərkəzləri həm yerlərini sürətlə dəyişir, həm də ən güclü dövlətlər belə gözlənilmədən mövqelərini itirərək iqtisadi problemlərin həlli qarşısında açız qalırlar. Rusiya-Ukrayna qarşıdurmasının qlobal ərzaq böhranına səbəb olması və nəticədə ən güclü dövlətlərin qiymət artımı məngənəsində saxılmaları buna sübutdur.

Belə mürəkkəb şəraitdə Azərbaycan və Qazaxıstan həm daxildə sabitliyi və xaricdə nüfuzlarını qoruya bilir, beləcə sərbəst şəkildə daxilixarici siyasətlərini idarə edirlər. Burada hər iki dövlət başçısının bənzər cəhətlərini müşahidə etmək mümkündür. Onların hər ikisi bir neçə dildə sərbəst danışır, yüksək intellektə malikdirlər və istənilən çətin vəziyyətdən uduşla çıxmağı bacarırlar. Günümüzün reallığı ondan ibarətdir ki, İlham Əliyev Qafqazda, Kasım-Jomart Tokayev isə Orta Asiyada yeni güc mərkəzlərini formalaşdıran unukal dövlət xadımləridir.  Onların hər ikisi qonşu ölkələrlə əlaqələri qoruyur, eyni zamanda yeni əməkdaşlıq üfüqlərini genişləndirirlər.

İki dövlət başçısının Bakı görüşü ərəfəsində hər şeyi gözlərimlə görmək üçün bir jurnalist kimi qərar verdim ki, Azərbaycana yola düşüm və həm tələbəlik dostlarımı axtarıb tapım, həm də ölkənizlə daha yaxından tanış olum. Xəzəri bərə ilə üzüb keçmək üçün Aktauya gəldik. Mehmanxanada televizora baxanda Avropa xəbərləri proqramında Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni yan-yana dayanan gördüm. Diktor  deyirdi ki,  Avropa Azərbaycanı öz strateji tərəfdaşı elan edir. Sevincimin hədd-hüdudu yox idi.

Xanım Ursula fon der Lyayen mətbuata bəyanatında da Avropa İttifaqının Azərbaycanla birgə çalışacağını, Mərkəzi Asiyaonun hüdudlarından kənarda da əlaqələr qurmaq arzusunda olduğunu bildirirdi: "Biz mühüm Trans-Xəzər əlaqələrinə dair ideya və müzakirələri böyük maraqla izləyirik və müzakirələrin dərinləşdirilməsinə töhfə verəcəyik".

Bu gün Avropa İttifaqının Azərbaycana daha dərindən bağlanmaq meyilləri Qazaxıstan üçünxüsusi əhəmiyyət kəsb edir. Tokayev Bakıya uçmazdan öncə Trans-Xəzər logistikasının zəruriliyindən danışmış, Azərbaycanın Qazaxıstan üçün Avropaya pəncərə olduğunu elan etmişdir. Bu yol Aktaudan Bakıya  oradan Batumiyə, sonra isə Avropaya çıxışdır. Belə ki, Batumidə Qazaxıstanın  limanı var. Bu yollar necə qurulacaq? Artıq Aktauda ciddi işlər gedir, Ələt limanı dünyanın ən müasir tələblərinə cavab verir. Biz Xəzər dənizini üzüb keçəndə bu işlərin necə genişlənməsinin şahidi olduq. Azərbaycan gəmi inşasında yeni təkliflər verir, bərə reyslərin sayının artırılmasının zərurəti yaranır.

Əgər əsrlərboyu Xəzər dənizi bizi və xalqlarımızı ayırmışdısa, indi bu dəniz hamımızı birləşdırən möhtəşəm körpüyə çevrilir. Bu körpü ilk növbədə Qazaxıstan üçün daha böyük əhəmiyyət kəsb edir, biz yeni kommunikasiyaların və qovşaqların yaranmasında daha maraqlıyıq. Qazaxıstan Avropa bazarına çıxış, məhsullarımızın ixrac imkanlarının artması əlverişli amillərdir.

Dünya xəritəsində kommunikasiyaların yeri və istiqamətləri dəyişdikcə Azərbaycanın statusu daha böyük əhəmiyyət kəsb edir. Daha əlverişli nəqliyyat dəhlizinə çıxış əldə etməklə yanaşı, biz özümüzə həm də daha etibarlı tərəfdaş qazanırıq. Bakının gücü ondadır ki, bütün dünyanın marağını cəlb edən mükəmməl nəqliyyat qovşaqları yarada bilmişdir. 

Qazaxıstanlı ekspertlər belə hesab edirlər ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri alternativ rol oynaya bilər. Lakin problem bu kəmərə vurulan neftin həcminin minimal olmasıdır. Burada ən əsası tanker parkının yaradılmasına investisiya qoyulmasıdır, çünki Qazaxıstanın Xəzərin dibi ilə boru xətti yoxdur. Amma bu istiqamətdə artıq aparılır. Qazaxıstan Xəzərdəki Aktau limanının genişləndirilməsinə fəal şəkildə sərmayə qoymağa başlamışdır. Gələcəkdə Aktau limanı iki funksiyanı yerinə yetirə biləcək. Birincisi, Qazaxıstan enerji resurslarının Azərbaycan, Türkiyə və oradan da Avropaya ixracı artırılacaq. Həmçinin Qazaxıstan neftinin BTC vasitəsilə tədarükünə dair yeni sazişin imzalanması da  istisna edilmir.

Aktau limanı həmçinin Çindən, Qazaxıstandan keçməklə Avropaya yük tranzitinin həcminə də təsir edəcək. Çin artıq Rusiyadan yan keçməklə Xəzər dənizi ilə alternativ marşrut açmışdır. Almaniyaya ilk qatar artıq yola salınmışdır. Qazaxıstan bu axınları öz üzərinə çəkmək marağındadır. Bizim ekspertlər belə hesab edirlər ki, Tokayev bu iki əsas mövzu üzrə də Bakıda danışıqlar aparacaq. Eyni zamanda Çindən Aktau limanı vasitəsi ilə Avopaya yüklərin daşınması da müzakirə olunacaq. Ekspertlər şərh edirlər ki, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Trans-Xəzər nəqliyyat marşrutu təkcə Qazaxıstan üçün yox, əksər ölkələr üçün prioritet istiqamətə çevrilmişdir. Artıq Tokayev rəsmi səviyyədə Qazaxıstanın tranzit potensialı və Qazaxıstan məhsullarının Azərbaycan üzərindən ixracı barədə tez-tez fikir söyləyir.

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdykarimov bildirib ki, Tokayevin səfəri zamanı iki ölkə arasında əməkdaşlığın 2026-cı ilə qədər inkişaf etdirilməsi proqramının imzalanması nəzərdə tutulur.

Sonda onu da deyim ki, biz Azərbaycanı qarış-qarış gəzdik, Qubada, Qusarda, Xaçmazda olduq. Hər yerdə bizdən soruşurdular ki, haradan gəlmisiniz. Qazaxıstan deyəndə sevinirdilər, deyirdilər ki, biz qardaşıq. Hər yerdə bizi təbəssümlə qarşılayıb, təbəssümlə yola salırdılar. Biz Azərbaycana valeh olduqindi "Azərbaycan" qəzeti ilə birlikdə ölkənizə həsr olunan xüsusi nömrəmizi çapa hazırlayırıq. 

 

Baktibay JUMADİLDİN,

"Kazaxtanu" jurnalının redaktoru

(məxsusi olaraq "Azərbaycan" qəzeti  üçün)

 

Azərbaycan.- 2022.- 24 avqust.- S.1; 4.