Qoşulmama Hərəkatı getdikcə güclənir

 

Azərbaycanın təşkilata uğurlu sədrliyi beynəlxalq səviyyədə təqdir edilir

 

"Qoşulmama Hərəkatı beynəlxalq problemlərin həllində müsbət rol oynayır. İndiki dövrdə çoxqütblü, ədalətli və demokratik dünya düzəninin formalaşmasında Qoşulmama Hərəkatı müsbət potensiala malikdir". Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib. Nazir qeyd edib ki, BMT-də 120 səsə malik Qoşulmama Hərəkatı bu beynəlxalq təşkilatın qərarlarına ciddi təsir göstərə bilir.

Qeyd edək ki, Qoşulmama Hərəkatı (QH) heç bir hərbi bloka qoşulmayan 120 dövləti birləşdirir. BMT-dən sonra dünya ölkələrini bir araya gətirən ikinci böyük təşkilatdır. Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edilir. Müvafiq regional qrupdan namizədliyi təqdim olunan dövlət təşkilatın sammiti vaxtı bütün üzv dövlətlərin razılığı ilə sədr seçilir. Sədr dövlət üçillik sədrlik müddətinin əvvəlində zirvə görüşünə və sədrliyinin axırıncı ilində nazirlər iclasına evsahibliyi edir. Ölkəmiz Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub və 2019-cu ildən təşkilatın sədridir.

 

Uğurlu sədrlik - qazanılan inam etimad

 

Azərbaycan təşkilata çətin bir dövrdə - COVID-19 pandemiyasının dünyanı təsir altına aldığı, bütün sahələrdə tənəzzül yaşandığı bir vaxtda sədrlik etməyə başlayıb. Ancaq uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verib. Buna görə Azərbaycanın sədrliyi təşkilatın təmsilçisi olan ölkələrin yekdil rəyi ilə daha bir il - 2023-cü ilin sonunadək uzadılıb.

Qısa müddət ərzində Azərbaycan bu təsisatda böyük nüfuz inam qazanıb. Belə ki, bu dövrdə Azərbaycan beynəlxalq arenada COVID-19-la mübarizədə fəal ölkələrdən biri idi ölkəmiz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Beləliklə, 2020-ci ilin may ayında Zirvə toplantısı keçirildi. Bunun nəticəsində həmin ilin dekabr ayında COVID-19-la mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüs irəli sürüldü. İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi dəstəyin təmin edilməsinə yönəlmədi, eyni zamanda ölkələrə dəstək, tibbi humanitar yardımla bağlı məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün faydalı oldu.

Hərəkata üzv olduğumuz müddətdə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək göstərilib. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının üzv dövlətlərinin hər biri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirir, heç bir bloka qoşulmadan xarici siyasət həyata keçirir.

 

Azərbaycanın təşəbbüsü ilə yaradılan şəbəkələr

 

Qoşulmama Hərəkatının 2018-ci il aprelin 5-də Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh təhlükəsizliyin təşviq edilməsi" mövzusunda nazirlər konfransı keçirilib.

2019-cu il oktyabrın 25-də Qoşulmama Hərəkatı üzvlərinin dövlət hökumət başçılarının XVIII Zirvə Görüşü reallaşıb. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Bu il iyunun 30-da təşkilatın Parlament Şəbəkəsinin Bakı Konfransı, iyulun 25-dən 29-dək isə QH- üzv ölkələrdən olan gənclərin sammiti keçirilib. Tədbirdə hərəkata üzv olan 60-dan çox ölkənin gəncləri iştirak edib.

Qeyd edək ki, Azərbaycanın sədrliyi dövründə ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradılaraq onun ilk toplantısı keçirilib. Bununla yanaşı, hərəkatın Gənclər Şəbəkəsi qurulub. Gənclər Şəbəkəsinin formalaşdırılması bu təşkilatın mühüm təşəbbüslərindən biri kimi dəyərləndirilir.

Prezident İlham Əliyev hərəkatın müxtəlif toplantılarında çıxışlarında təşkilatı yüksək qiymətləndirib. Dövlət başçısı qeyd edir ki, Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir: "Suverenlik ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr münaqişələr görməzdik".

Prezident bildirir ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək.

 

Sülhü təhlükəsizliyi özündə ehtiva edən təşkilat

 

Qoşulmama Hərəkatının əsas məqsədi beynəlxalq hüququn norma prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına tərəqqiyə töhfə verməkdir. Eyni zamanda qlobal problemlərin həlli müasir dövrün çağırışlarına cavab vermək baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Zaman göstərir ki, Qoşulmama Hərəkatının nüfuzu getdikcə daha da artır. Üzv dövlətlərin etiraf etdiyi kimi, Azərbaycanın sədrliyi dövrü daha uğurlu olmaqla yanaşı, mühüm töhfələrlə nəticələnib. Təsisatda Azərbaycanın təşəbbüsü ilə yeni şəbəkələr yaranıb ki, bunlar da həmrəylik qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.

Bir sözlə, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformadır.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.-31 avqust.- S.1; 4.