Zəngəzur dəhlizi hökmən açılacaq

 

İlham Əliyev Vətən müharibəsindəki  Zəfərdə olduğu kimi, bu dəfə də Ermənistanı və onun havadarlarını məğlub edəcək

 

"Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsinin yekunlaşdırılmasına yaxındır. Yeni marşrutlarenerji təhlükəsizliyi də bu sıradadır. Hesab edirəm ki, işə başlamağın vaxtıdır. Biz 30 il itirdik və erməni işğalı olmasa idi, düşünürəm ki, Cənubi Qafqaz bu gün daha müasir, dinamikdaha geniş iqtisadi potensiala malik region ola bilərdi".

Hələ aylar öncə 50-dən artıq dövlətin beyin mərkəzlərinin, tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə Bakıda keçirilən "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumunda prinsipial və qəti mövqeyini ifadə edən İlham Əliyev bir daha bəyan etmişdi ki, Zəngəzur dəhlizinin açılması məsələsi ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər Azərbaycana Naxçıvanla qərb rayonları arasında əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və birgə yaşayış, normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.

 

Üçtərəfli Bəyanatın tələbi, hesab sorulmayan Ermənistan

 

Bu dəhlizin açılması yalnız Azərbaycanın yox, ilk növbədə Ermənistanın məlum hərbi kapitulyasiyasını təsdiqləyən üçtərəfli Bəyanatın 9-cu bəndinin tələbidir. Nə qədər ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərsəmləyərək həmin bənddə Zəngəzur dəhlizinin açılmasından söhbətin getmədiyini iddia etsə də, sənəddə aydın şəkildə yazılır:

- Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Bu bənddə hər şey açıq-aydın göstərilir və İlham Əliyevin fikirləri bir daha təsdiqini tapır. Yəni Ermənistanın indiyədək əsassız fikirlər səsləndirməsinin heç bir mənası yoxdur. Bu cür açıqlamaların səbəbi bəllidir- məğlub ölkə, sadəcə olaraq, dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır.

Narahatedici məqam isə təkcə Ermənistanın öhdəliyə əməl etməməsi deyil, həm də Bəyanatın imzalanmasında vasitəçi olan Rusiya Federasiyasının indiyədək bu ölkədən hesab sormamasıdır.  Aydın şəkildə görünür ki, bu prosesdə də tərəfkeşlik var.

Düzdür, hazırda Azərbaycan bu dəhliz üzərindəki hava xəttindən, demək olar ki,  istifadə edir. Amma əsas məsələ quru yolla - dəmir yolu xəttinin və avtomobil yolunun istifadəyə verilməsidir. Bu prosesin gecikməsində məsuliyyət məğlub ölkənin və ona heç bir xəbərdarlıq etməyən Rusiyanın üzərinə düşür.  

 

Orta dəhlizə mühüm töhfə

 

Azərbaycan dəhlizin açılması istiqamətində 2 layihə reallaşdırır -  Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu.

Bu layihələrlə Azərbaycan ilk növbədə 10 noyabr Bəyanatına sadiqliyini dünyaya nümayiş etdirir. Həmçinin Zəngəzur dəhlizini gerçəkləşdirməsi ilə regionda yeni reallıqlar yaranır, ermənilərin də yararlana biləcəyi iqtisadi inkişafın təməllərini qoyur.

Ümumi uzunluğu 110,4 kilometr və 8 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd) ibarət olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti gələn il istismara veriləcək.

Dəhlizin bir parçası olan dəmir yolu xəttinin tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğunun tikintisi planlaşdırılır.

Ötən ilin oktyabr ayının 26-da isə İlham Əliyev qardaşı, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə təməlini qoyduğu Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi də sürətlə davam edir. Uzunluğu 123,6 km olan bu yol 4-6 hərəkət zolaqlıdır. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsinin 6, qalan 46,6 kilometrlik hissəsinin isə 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edir.

Ümumiyyətlə, həm avtomobil, həm də dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Xüsusilə də dəmir yolu xətti infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Dəhliz uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcək. Eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadisiyasi əlaqələrin inkişafına böyük töhfə verə bilər.

Həmçinin bu, Azərbaycan ilə Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmiryol xətti olacaq. Ən önəmlisi isə, bu dəmiryol xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. 

 

Dəhlizin açılmasını istəməyəm İranın Ermənistana göstərdiyi yardımlar

 

Hələ 2021-ci ildə bu dəhlizin əhəmiyyətini dəyərləndirərkən İlham Əliyev qeyd etmişdi ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək: "Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq".

Göründüyü kimi, bu dəhliz açıldıqda Azərbaycan ilə Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmiryol xətti olacaq. Ən önəmlisi isə, bu dəmiryol xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək.

Məsələ burasındadır ki, bu layihənin reallaşmasını istəməyən təkcə Ermənistan deyil. Bu prosesdə qonşu İran da hər zamankı kimi düşmən dəyirmanına tökməklə məşğuldur. Bunu erməni terrorçusu, ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan Yerablurdakı hərbi məzarlıqda olarkən "Qraparak" qəzetinə verdiyi müsahibədə bəlkə də bilməyərəkdən bəzi ifşaedici faktlar açıqlayıb. O, ermənilərin "qəhrəman" adlandırdıqları, tanınmış quldur Monte Melkonyanla İran xüsusi xidmət orqanları arasında işbirliyi barədə danışaraq bildirib ki, 1992-ci ilin yazında Monte ilə birlikdə Xocavənddə azərbaycanlı kəndlərinin "təmizlənməsi" ilə məşğul olub.

Terrorçu eyni zamanda digər maraqlı epizoddan - Monte Melkonyanın İran tərəfi ilə əməkdaşlığından danışıb: "O zaman İranın marağı ondan ibarət idi ki, müharibənin Arazın o tərəfinə keçməməsi üçün bizimlə əməkdaşlıq etsinbununla bağlı bizdən zəmanət alsın. Bu, 1993-cü ilin əvvəlində oldu. Beləliklə, dostlarımız və düşmənlərimiz kiminlə gördüklərini bilirdilər. Ona görə də bizimlə hesablaşır, danışıqlar aparırdılar. Əlbəttə, biz farslara zəmanət verdik ki, əsgərlərimizin İran istiqamətində atəş açmasına, həmin istiqamətdə geri çəkilən azərbaycanlılara atəş açılmasına imkan verməyəcəyik və belə də oldu".

Erməni terrorçunun söylədiyi bu faktlar "din qardaşlarımız"ın ikiüzlü siyasətini bir daha nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən, Azərbaycan və İran xalqları arasında tarixi, dini və mədəni bağlardan söhbət açan İran Qarabağda erməni terrorçuları ilə əməkdaşlıq edib.

Bunu təsdiqləyən yeni bir fakt da var. İki il öncə, 2020-ci il yanvarın 6-da İran dövlət televiziyasında çıxış edən siyasi şərhçi Cehanbehş İzedi bir neçə gün əvvəl Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində qətlə yetirilən İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah") "Qüds" qanadının komandanı, general Qasım Süleymani haqqında danışarkən onun Birinci Qarabağ müharibəsində ermənilərə yardım etməsi ilə bağlı faktlar açıqlayıb. Onun fikrincə, bu dəstək regionda yarana biləcək yeni türk birliyinin daha da güclənməsini əngəlləmək məqsədi daşıyıb: "1990-cı illərdə Qarabağın işğaldan qurtarılması, Naxçıvan ilə Azərbaycan arasındakı torpaqların geriyə - Azərbaycana verilməsi bölgədə türkçülüyün güclənməsinə xidmət edəcəkdi. Bizim mənafeyimizə uyğun olmayan birlik formalaşacaqdı bölgədəki güc nisbəti dəyişəcəkdi. Buna görə Qasım Süleymani müvafiq addımlar atdı bu səbəbdən torpaqlar Ermənistanın nəzarətində qaldı".

Bu, həqiqətən qəbuledilməz reallıqdır. Axı, Azərbaycan qonşu ölkəyə heç bir zaman zərər gətirəcək addım atmadığı təqdirdə, nədən ölkəmizə yönəlik bu cür çirkinliklərə İran baş vurur?!

Tarix yenə təkrar olunur. Bu gün İran yenə Zəngəzur dəhlizinin açılması ilə bölgədə yeni türk birliyinin formalaşacağından qorxduğu üçün Ermənistana bəlkə Fransadan daha çox yardım edir.

Amma artıq bunların faydası yoxdur. İstənilən qədər Ermənistana yardım edilsə , Zəngəzur dəhlizi açılacaq. Əgər bu dəhlizin açılmasını istəməyən İran, Ermənistan, Fransadırsa, bu nəqliyyat körpüsünün açılaraq Orta dəhlizə böyük töhfə verməsi üçün Çin, Türkmənistan, Qazaxıstan, Türkiyə, Rusiya, Gürcüstan bu gün enerji böhranı yaşayan Avropanın əksər ölkələri Azərbaycana öz dəstəklərini nümayiş etdirirlər.

Ona görə tam əminliklə  deyə bilərik ki, Müzəffər Ali Baş Komandan kimi Qarabağ münaqişəsini həm hərbi, həm diplomatik məharəti ilə həll edən İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını da reallığa çevirəcək. 2020-ci ilin sentyabrında Azərbaycanın haqq savaşına qalxıb düşmən üzərinə yeriməsini qəbul etməyənlər bilməlidirlər  ki, savaşdan öncə "Qarabağ Azərbaycandır nida işarəsi" deyib cəmi 44 günə düşməni diz çökdürən İlham Əliyev  tezliklə Zəngəzur dəhlzində bayrağımızı dalğalandıracaq. Çünki İlham Əliyev hər zaman dediyini edən qətiyyətli kişidir...

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-1 dekabr.- S.1; 3.