Mövlud Çavuşoğlu: “NATO müttəfiqlərimiz Azərbaycan və
Türkmənistan qazının Avropaya
çatdırılmasında Türkiyədən dəstək
istədilər”
NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestə keçirilən toplantısı faydalı oldu. Müttəfiqlərimiz Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında Türkiyədən dəstək istədilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.
Nazir
diqqətə çatdırıb ki, Avropa da daxil
olmaqla, dünyadakı mövcud
enerji böhranını həll etmək üçün bu sahədə
əməkdaşlığa ciddi ehtiyac var.
Azərbaycan.-
2022.- 1 dekabr.- S.3.