Kiçik biznes böyük çağırışlara cavab verməlidir

 

"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun layihəsi bu məqsədə xidmət edir

 

 

"Dama-dama göl olar" deyiblər. Bu baxımdan hər kiçik sahibkarın ölkəmizin iqtisadiyyatının inkişafına verdiyi töhfənin öz yeri, öz əhəmiyyəti var. Belə ki, indi respublikanın müxtəlif şəhər rayonlarında yüzlərlə kiçik orta sahibkar çalışır ki, onların da iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında rolu getdikcə artır.

Azərbaycanda biznesin mütləq əksəriyyətini - 99,6 faizini mikro, kiçik orta sahibkarlıq təşkil edir. 2021-ci ilin nəticələrinə əsasən, qeyri neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə KOB-ların payı 27,5 faiz olub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin bildirdiyinə görə, KOB-ların qeyri-neft ixracında payı 2020-ci ildəki 31,8 faizdən ötən il 59,8 faizə yüksəlib. Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 2021-ci ildə 20 milyard dollara yaxın olub ölkə üzrə biznesin ümumi dövriyyəsinin 32 faizdən çox hissəsini, qeyri-neft ÜDM-nin isə 56,5 faizini təşkil edib.

Məhz buna görə də dövlət sahibkarlıq fəaliyyətini dəstəkləyir, sahibkara hərtərəfli dəstək göstərir. Bununla bağlı indiyədək çoxlu sayda fərman və sərəncamlar, digər sənədlər imzalanmışdır. Məlum olduğu kimi, sahibkarlıq fəaliyyətinə böyük dəstək göstərəcək daha bir sənəd - "Mikro, kiçikorta sahibkarlığın inkişafı haqqında" yeni qanun layihəsi işlənib hazırlanmışdır.

Qanun layihəsi 5 fəsildən və 15 maddədən ibarət olub mikro, kiçikorta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Sənəddə mikro, kiçikorta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, formaları, qaydası və qiymətləndirilməsi ilə bağlı maddələr təsbit olunub. Burada eləcə də dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə əlaqədar maddələr özünə yer alıb.

Bu sənədə əsasən, mikro, kiçikorta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçikorta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçikorta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.

Bir sözlə, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi və keyfiyyətcə yüksəlməsi üçün bu, olduqca əhəmiyyətli bir addımdır. KiçikOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin keyfiyyətcə yeni strateji inkişaf mərhələsinə daxil olduğunu vurğulayaraq demişdir: "Kiçikorta sahibkarlığın əhatə dairəsinin genişləndirilməsi, yeni daha səmərəli və ünvanlı dəstək mexanizminin yaradılması ilə ölkədə biznes mühitinin inkişafı daha da sürətlənəcək. Hazırda agentliyimiz tərəfindən kiçikorta sahibkarlığa dövlət dəstəyi, ticarət şəbəkələrinə çıxış və müxtəlif maliyyə dəstək tədbirləri təklif olunur. Qanun layihəsinin hazırlanması da belə dəstəklərdən biridir. Qanun layihəsi ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertlərinin rəyi də nəzərə alınıb, qanun layihəsi beynəlxalq təcrübədən bəhrələnərək hazırlanıb. Qanun layihəsi kiçikorta sahibkarlığın inkişafı üçün bu sahədə pərakəndəliyi aradan qaldırmaq məqsədini daşıyır. Qanunun tətbiqi rəqabətqabiliyyətli biznes mühitini gücləndirməklə investisiya cəlbediciliyinin və ən əsası, gələcəkdə məşğulluğun daha da artmasına təkan verəcək".

Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə artıq iki oxunuşdan keçib.

Yeni dövrün çağırışlarına uyğun olaraq KOB mühitinin inkişafı baxımından yeni qanun layihəsinin əhəmiyyəti Bakıda keçirilən "KiçikOrta Bizneslərin Beynəlxalq Şəbəkəsinin - INSME - 18-ci İllik Toplantısı" mərasimində də qeyd olunub. Qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla hazırlanan bu sənədin KOB sektorunun inkişafının və dövlətin dəstək tədbirlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə xidmət edəcəyi vurğulanıb. KOBİA və KiçikOrta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) prezidenti Serdjio Arzeni deyib: "Sahibkarlıq və KOB-ların inkişafı siyasətindən başqa, rəqabət qabiliyyətinin və KOB-larda çalışanların bilik və bacarıqlarının artırılması siyasəti həddən çox vacibdir. Biz Azərbaycanda KOB-lara ünvanlanan siyasəti gücləndirmək istəyirik. İqtisadi şaxələndirmə sahəsində inkişaf önəmlidir".

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 7 dekabr.- S.9.