Bakıda “Gender Azərbaycan”
portalının təqdimatı
olub
Noyabrın 30-da Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
birgə təşkilatçılığı
ilə “Gender Azərbaycan”
portalının təqdimat
mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova Azərbaycanda gender
bərabərliyi sahəsində
mühüm işlər
görüldüyünü və ölkəmizin Şərq Tərəfdaşlığı
çərçivəsində Avropa İttifaqı ilə müxtəlif layihələrdə fəal
iştirak etdiyini diqqətə çatdırıb.
Almaniyanın Azərbaycandakı
səfirliyinin İqtisadiyyat,
mədəniyyət və
mətbuatla əlaqələr
şöbəsinin nümayəndəsi
Zübeyda Oyan gender bərabərliyinin dövlət
sektorunda vacib sahələrindən biri kimi qiymətləndirib. O,
Şərqdə ilk dəfə
qadınlara seçki
hüququ verilən Azərbaycanda bu sahədə mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri Hicran Hüseynova gender məsələlərinin
həllində icra mexanizmlərinin işə
salınmasının çox
vacib olduğunu vurğulayıb, son illərdə
ölkəmizdə bu
sahədə vacib işlərin görüldüyünü
və mühüm irəliləyişlərin əldə
edildiyini diqqətə
çatdırıb.
Portalın məişət zorakılığına,
gender bərabərsizliyinə qarşı mübarizədə
maarifləndirmə işinə
töhfə verəcəyindən
əminliyini ifadə edən H.Hüseynova bu məsələdə cəmiyyəti də laqeyd olmamağa çağırıb.
Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin
Azərbaycan nümayəndəliyinin
rəhbəri Karin Hoerhan
gender bərabərliyinin dünya
gündəmindəki vacib
məsələlərdən biri olduğunu qeyd edib, “Gender Azərbaycan” portalına fəaliyyətində uğurlar
arzulayıb.
BMT-nin
CEDAW Komitəsinin sədr
müavini Elgün Səfərov və “LeadLab” şirkətinin təmsilçisi, layihə
rəhbəri Toğrul
Vəlibəyli portalı
təqdim ediblər.
Tədbir müzakirələrlə
davam edib.
Azərbaycan.-
2022.-1 dekabr.- S.5.