Azərbaycan ilə Özbəkistan arasında hərbi aviasiya sahəsində əməkdaşlığın
inkişafı vacibdir
Noyabrın 30-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, general-leytenant R.Tahirov qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirib, Azərbaycan ilə Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor Ə.Burxanov dövlətlər arasında müsbət əlaqələrin hər iki ölkənin Hərbi Hava Qüvvələrinin inkişafına töhfə verəcəyini xüsusi qeyd edib.
Görüşdə Azərbaycan və Özbəkistan Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonda
nümayəndə heyəti Hərbi Hava
Qüvvələrinin Mərkəzi Komanda
Məntəqəsinə gələrək burada
görülən işlərlə tanış olub.
Azərbaycan.-
2022.-1 dekabr.- S.5.